Harran Universitesi genel sekretar Zübeyir Zorlu ilə görüşdük. Kitabları təqdim etməzdən əvvəl Azərbaycanın 30 illik Qarabağ tarixindən söhbət etdik. Qarabağda tökülən qanlar, köçkün və qaçqınların acı taleyindən danışdıq.
Harran Universitesinin genel sekretarı Zübeyir Zorlunun dediklərindən: – İllərdir Qarabağın faciəsini görür və ürəyimiz sızlayır. 2020-ci sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi bizi çox qürurlandırdı Azərbaycan tatixində yeni səhifə açan İlham Əliyev cənabları qazandığı zəfəri ilə bütün dünyaya bir mesaj göndərdi. 44 günlük müharibədə bütün dünyanı mat qoydu. Təbii ki, bizim də Prezident Rəcəb Tayyib Ərdoğan İlham Əliyev cənablarına dayaq oldu. Biz hər zaman deyirik, türkün türkdən başqa dostu olmaz. Yaxşı gündə də, pis gündə də bir olmalıyıq. O zaman kimsə bizi əzə bilməz.
Azərbaycanın Zəfər bayramını yüksək səviyyədə biz də qeyd etdik. Çünki bu zəfər bütün türk dünyasının zəfəri idi.
Gülsüm ADİLQIZI
Yazıya 196 dəfə baxılıb