TÜRKİYƏNİN ŞANLIURFA ŞƏHƏRİNDƏ 20-Cİ ZİREHLİ TUQAY KOMUTANI, PAŞAM OKTAY AĞBUBA İLƏ GÖRÜŞDƏN

WhatsApp Image 2021-11-27 at 11.25.32Təyin olunmuş görüş yerinə gəldik. Gəldiyim yer doğrudan da bir qürur yeri idi. Şanlıurfanın 20-ci Zirehli Tuqay Komutanlığı. Əsgərlərin bizi necə qarşılaması, içəri dəvət etməsi şərəf oldu. İkinci mərtəbəyə qalxdıq. Orada bizi Paşam Oktay Ağbuba qarşıladı. Doğrusu sayın komutanın əlini sıxmaq, onunla söhbət etmək nə qədər şərəf olduğunu hiss edir, daxilən çox sevinirdim.

Paşam Oktay Ağbuba, 20-ci Zirehli Tuqay Komutanının dediklərindən: – Azərbaycan bizim üçün doğmadır. Əsasən də Qarabağ bizə çox əzizdir. Ermənilərin Azərbaycanla olan savaşı ürəyimizi parçalayır. Çünki biz qan bir, can bir qardaşlarıq. Bu qardaşlıq əbədidir. Kimsə Türkiyə ilə Azərbaycan arasına girə bilməz.
Biz Atatürkün yetirmələriyik. Onun qoyduğu yolla davam edərik.
Atatürk əsgərlərinə qarşı hər zaman sayğılı olmuşdu. Hətta döyüşlərin birində yaralanır və deyir ki, məni türk həkimi müalicə etsin. Çünki türkdən mənə zərər gəlməz. Yarası tam sağalmamış döyüşə qatılır. Onu geri qaytarmağa, yarasına müalicə etdirməyə çalışsalar da, o geri dönmür. Deyir ki, qanayan mənim köksümdür. Geri dönərəmsə, özümü bağışlamaram. Bu bizim Atatürkün keçdiyi şanlı döyüş yolu olmuş.

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan da Atatürkün yolu ilə gedir. Dövletləri birliyə çağırır. İnsanların barıt koxusundan uzaq tutmağa, müharibələrə son qoymağa çalışır. Çox təəssüf ki, bunu anlamayanlar var. Anlamayanları da danışığa, sülhə çağırır.
Qarabağın zəfər qazanması bizi sevindirdi. İnanıram ki bu sevinc əbədi olar. Qardaş ölkə olaraq hər zaman sizlərin yanındayıq.

Gülsüm ADİLQIZI

WhatsApp Image 2021-11-27 at 11.25.34

WhatsApp Image 2021-11-27 at 11.25.33

WhatsApp Image 2021-11-27 at 11.25.33 (2)

WhatsApp Image 2021-11-27 at 11.25.33 (1)

WhatsApp Image 2021-11-27 at 11.25.32

Yazıya 232 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.