Eşqin Məmmədov – Qızcığazın məktubu

IMG_20200328_221406_889Şaxta baba, can baba!
Çox məşğulsan bilirəm.
Bu il başqa arzum var,
Hədiyyə istəmirəm.

Bürüyüb hər tərəfi,
Azğın şaxta, qar, boran.
Bizim evimiz istidir,
Üşümürəm heç zaman.

Babam hədiyyə etdi,
Mənə yun papağını.
Vəhşi qara küləklər,
Yalamır qulağımı.

Nənəm mənə toxuyub,
Bu il qalın bir corab.
Sobanın kənarında,
Mənim üçün hər gecə,
Oxuyur gözəl kitab.

Anam hazırlayıbdır,
Şəkərbura , paxlava ,
Xımır – xımır yeyirəm,
Atamın qucağında.

Amma uzaq ellərdə…
Çoxdu yetim körpələr.
Bəlkə də onlar indi ,
Soyuqda üşüyürlər.

Yoxdur axı onların,
Nə anası, atası.
Onlara çatacaqmı?
Hədiyyələr çantası.

Bu ilki hədiyyəmi
İstəmirəm can baba!
Onu hədiyyə edin,
Kimsəsiz uşaqlara.

Qoy onlar geyinsin,
İsti corab, isti şərf.
Bir günlük də olasa,
Gözəl olsun hər tərəf!

Ac uşaq qalmasın,
Bu fani dünyada.
Axı insan yaşamaz
Ömrünü, ac olanda.

Əgər mümkündürsə,
Kimsəsiz uşaqlara,
Ömürlük bağışlayın,
Gözəl ata və ana.

Yazıya 184 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.