8 mart 2022-ci il tarixində Səbail rayon Nəbiyev qardaşları adına 51 nömrəli tam orta məktəbin müəllim heyəti, valideynlər və “Murad Qurbanov adına sinif” şagirdləri Azərbaycan Vətən Mühribəsi şəhidi Murad Qurbanovun anası Mehriban xanımı 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdilər. Şəhidin boya-başa çatdığı evin qarşısında baş tutan yığıncaqda Murad Qurbanovun müəllimləri Şəhidlərimizin keçdiyi şərəfli döyüş yollarından söz açdılar, Mehriban ananın timsalında bütün Şəhid analarının əzmindən, fədakarlığından ağız dolusu danışdılar.
Bundan sonra məktəblilər Vətən Müharibəsi qəhrəmanlarına ünvanlanan şeirlər söylədilər.
Qəhrəman oğul yetişdirən ana: “Mən əminəm ki, balam ölməyib! Murad və Murad kimi minlərlə Şəhidimiz qədirbilən xalqımızın ürəyində, bu məsum balaların gözlərində daim yaşayacaq!” sözləri ilə mərasim iştirakçılarına öz minnətdarlığını bildirdi.
Mərasimin sonunda məktəb kollektivi Murad Qurbanovun xatirə lövhəsinin önündə şəkillər çəkdirdilər.
Qeyd edək ki, bu ənənə məktəbin Şəhid məzunlarının hər birinin evində davam etdirildi.
Xatırladaq ki, məktəb kollektivi 04.03.2022-ci il tarixində Nəbiyev qardaşları adına 51 nömrəli tam orta məktəbdə Səadət Alışovanın və kitabxana müdiri Hafizə Abdullayevanın birgə təşəbbüsü ilə “Qəhrəman analar” adlı tədbir təşkil etmişdi. Tədbirdə vətənimizin azadlığı , ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə ucalan igid oğullarlmızın qəhrəman anaları və məktəb kollektivi iştirak etmişdir. Dövlət Himninin səsləndiriliməsi ilə başlanan tədbirdəşəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Daha sonra çıxış edən məktəb direktoru Tərlan Bayramova Vətənini xalqını sevən qəhrəman oğullar yetişdirdiklərinə görəşəhid analarına təşəkkür edərək qəhrəman oğullarımızın qazandığı şanlı zəfərdən danışmışdı.
Tədbirdə iştirak edən Şəhid anaları övladlarına göstərilən diqqət və qayğıya görə məktəb kollektivinə minnətdarlıqlarını bildirmişdilər.
Yazıya 188 dəfə baxılıb