Yazıçı ömrü – NARINGÜL NADİR (video)

Anar M(Xalq yazıçısı Anarın doğum gününə…)
.
Bütün obrazlarda
Sən varsan…
Sən izdihamsan,
Adam izdihamı…
Sənin ömrün
Söz ömrüdür yığın-yığın.
Sənin ömrün
Sətir-sətir.
Səpələnmiş vərəq ömrü,
Darmadağın…
.
Ehey, yazıçı,
Sən kitabsan,
Cild-cild dəyişirsən.
Sözə and içirəm,
Sən əbədisən.
Sən yorğun dəvə sarvanı,
Ağır-ağır qumluqda yol gedirsən.
Sən bütün səhraların dilini bilirsən.
İlğım kimisən,
Tez-tez gözdən itirsən…
Sən səhra adamlarının tapındığı
Əlamət kimisən.
Bütün inanclara düz gəlirsən.
Bütün inanclarda dirisən.
.
Ehey, yazıçı,
Unutdunmu dünyanı?
Bəs sənin ömrün hanı?
Çıx, bütün obrazlardan
Gəl, bu ömrü yaşayaq.
Kömək elə,
Gəl, bu ömrü daşıyaq.
.
Ehey, yazıçı,
Hamı çıxıb getdi
Sənin səhra ömründən.
Bir ovuc su ver,
Bir ovuc su ver,
İçim əllərindən…

Yazıya 124 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.