ŞƏHİD BULAĞININ AÇILIŞI OLDU (fotolar)

WhatsApp Image 2022-03-22 at 10.41.1321 mart 2022-ci ildə Gədəbəy rayonunun Novo-İvanovka kəndində Şəhid Bayram Qasımovun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu.

Şəhidin doğum günündə həyata keçirilən mərasimdə Gədəbəy rayon və ətraf rayonun Şəhid ailələri, Gədəbəy rayon rəhbərliyi, Kütləvi İnformasiya vasitələrinin nümayəndələri, Gədəbəy rayon  Parakənd kənd tam orta məktəbinin kollektivi və Novo-İvanovka kəndinin əhalisi iştirak edirdi.

Şəhidin atası Arzu İbrahimovun şəxsi maliyyəsi hesabına ucaldılmış kompleksin açılış mərasimində iştirak edən çıxışçılar Bayram Qasımovun timsalında 44 günlük Zəfər tariximizin qurucularının ruhunu bir dəqiqəlik sükutla yad edəndən sonra, onların şərəfli döyüş yollarından hörmət və ehtiramla söz açdılar,  Parakənd tam orta məktəbinin şagirdlərinin ifasında səslənən şeirləri dinlədilər.

Novo-İvanovka şəhidlərinin uyuduğu müqəddəs ocaqda davam etdirilən tədbirdə Şəhidlərimizin məzarları önünə tər çiçəklər düzüldü, xatirələri bir daha anıldı.

Mərasim Şəhidin doğulub boya-başa çatdığı evdə davam etdirilərək ölməz oğullarımızın ruhuna dualar oxundu.

Xatırladaq ki, Qasımov Bayram Arzu oğlu 21 mart 2001-ci ildə Gədəbəy rayonunun Novo İvanovka kəndində anadan olub.

2007-2018-ci illərdə doğulduğu kənddə orta təhsilə yiyələnib.

2019-cu ildə hərbi xidmətə yollanıb.

2020-ci il sentyabr ayının sonlarından Vətən uğrunda döyüşlərdə iştirak edib. Murovdağ, Füzuli, Cəbrayıl ətrafı mübarizələrdə qəhrəmanlıqlarıyla seçilib.

2020-ci ilin 4 oktyabrında döyüşdüyü ərazidə Şəhidlik zirvəsinə yüksəlib.

5 oktyabrda doğulduğu kənddə dəfn edilib.

Bayram Qasımov ölümündən sonra ölkə Prezidentinin sərəncamlarına əsasən “Vətən uğrunda” ,

“Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Bayraq ordeni”, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaətə görə” medalları ilə təltif edilib.

WhatsApp Image 2022-03-21 at 23.26.52 WhatsApp Image 2022-03-22 at 00.16.13 WhatsApp Image 2022-03-22 at 00.17.36 WhatsApp Image 2022-03-22 at 00.25.03 WhatsApp Image 2022-03-22 at 01.30.22 WhatsApp Image 2022-03-22 at 02.09.14 WhatsApp Image 2022-03-22 at 02.10.09 WhatsApp Image 2022-03-22 at 03.18.52 (1) WhatsApp Image 2022-03-22 at 03.18.52 WhatsApp Image 2022-03-22 at 03.20.57 WhatsApp Image 2022-03-22 at 03.22.59 WhatsApp Image 2022-03-22 at 08.05.14 WhatsApp Image 2022-03-22 at 08.31.56 WhatsApp Image 2022-03-22 at 08.47.19 WhatsApp Image 2022-03-22 at 08.50.07 WhatsApp Image 2022-03-22 at 09.11.01 WhatsApp Image 2022-03-22 at 09.45.02 WhatsApp Image 2022-03-22 at 09.54.25 WhatsApp Image 2022-03-22 at 10.12.38 WhatsApp Image 2022-03-22 at 10.13.04 WhatsApp Image 2022-03-22 at 10.27.21 WhatsApp Image 2022-03-22 at 10.40.35 WhatsApp Image 2022-03-22 at 10.40.41 WhatsApp Image 2022-03-22 at 10.40.56 WhatsApp Image 2022-03-22 at 10.41.13 WhatsApp Image 2022-03-22 at 10.42.46 WhatsApp Image 2022-03-22 at 10.59.54 WhatsApp Image 2022-03-22 at 11.27.31 WhatsApp Image 2022-03-22 at 11.40.04 WhatsApp Image 2022-03-22 at 11.59.02 WhatsApp Image 2022-03-22 at 11.59.05 WhatsApp Image 2022-03-22 at 12.00.58 WhatsApp Image 2022-03-22 at 12.01.13 WhatsApp Image 2022-03-22 at 12.05.29 WhatsApp Image 2022-03-22 at 12.06.01 WhatsApp Image 2022-03-22 at 12.06.13 WhatsApp Image 2022-03-22 at 12.08.25 WhatsApp Image 2022-03-22 at 12.08.31 WhatsApp Image 2022-03-22 at 12.08.35 WhatsApp Image 2022-03-22 at 12.08.51 WhatsApp Image 2022-03-22 at 12.08.52 WhatsApp Image 2022-03-22 at 12.08.54 WhatsApp Image 2022-03-22 at 12.08.57 WhatsApp Image 2022-03-22 at 12.09.00 WhatsApp Image 2022-03-22 at 12.09.06 WhatsApp Image 2022-03-22 at 12.13.01

 

 

 

Pin It

Comments are closed.