Atalar yaxşı deyib: «Ot köküüstə bitər» Xalqımızın ziyalı, işguzar övladlarından olan İbrahim Qurbanov 1925-ci il mart ayının 22-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Terp kəndində anadan olub. 15 yaşından əmək fəaliyyətinə başlayaraq ailəsinə maddi dəstək olub. İllər keçdikcə yaşa dolan İbrahim müəllim orta təhsil, sonra ali təhsil alaraq bir sıra rəhbər vəzifələrdə yəni Cəlilabad, və Neftçala rayonlarında rayon partiya kmitəsində birinci katib, Salyan rayonunda isəİcraiyyə Komitəsinin sədri vəzifələrində nöqsansız olaraq çalışıb. İşlədiyi müddət ərzində kollektivin və sakinlərin dərin rəğbətini qazanıbdır.
29 oktyabr 1992-ci ildə vəfat etmişdir.
İbrahim müəllimin oğlu Pənah Qurbanov 1948-ci il fevral ayının 12-də anadan olub. O da atsının şərəfli yolunu davam etdirərək mötəbər vəzifələrdəçalışaraq onun yolunu layiqincə davam etdirib. Bir çox sahələrdə işləyib. Şirvan şəhər 5 saylı Vergilər idarəsində 1999-2013-u ilə qədər rəis vəzifəsini icra edib. İki ilə qədər N.Nərimanov rayonunda vergi sistemində müavin vəzifəsini icra edib. 24 mart 2016-da dünyasını dəyişib.
Bu gün nəslin davamçısı Seymur Qurbanov atsının və babasının layiqli davamçısıdır. Fevral ayının 12-də atasının anım gününü qeyd edən Seymur daim soykökünə bağlı olan bir insandır. O daim atasının və babasının ruhuna dualar oxutdur.
Bu yaxınlarda Seymur Qurbanov peşəkar xidmətinə görə polkovnik rütbəsinə layiq görülüb.
Biz dəöz növbəmizdə bu qanun keşikçisinəşərəfli və məsuliyyətli işində uğurlar arzu edirik.
Ceyhun
Yazıya 120 dəfə baxılıb