Seyid Cəfər Pişəvəri adına Respublika humanitar Fənlər Gimnaziyası qabaqcıl təhsil ocaqlarından biridir. Bu təhsil ocağında keçirəln tədbirin təşkilatçısı Osmanov Həsəndir. Tarix fənləri metodbirləşmənin sədri, qabaqcıl təhsil işçisi Həsən müəllim 1996-cı ildən bu təhsil ocağında çalışır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əlavə hüquq və tarix fakültəsini bitirib.
Daim işlərini günün tələbləri səviyyəsində quran bu təhsil ocağında yaxşı bilik aşılamaqla yanaşı, nizam-intizama da xüsusi diqqət yetirlir. Burada çalışan pedaqoji kollektivin hər bir üzvü işinə məsuliyyətlə yanaşır.
Gimnaziyada mütəmadi olaraq tarixi günlərlə bağlı tədbirlər təşkil ounur. Bu günlərdə 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir.
Onu da xüsusilə qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildən etibarən 31 Mart Azərbaycanlıların soyqırımı günü elan edilib. Bu gün həmin müdhiş hadisədən 104 il ötür. Tədbirdə ilk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdi. Sonra aparıcı Bakı qətliamı ilə bağlı məlumat vermək üçün 7-ci sinif şagirdi Həmidli Sadiqə söz verdi.
H. Sadiq «Qırmızı Qvardiya» nın 10-12 minlik ordusunun yəni yetmiş faiz ermənilərdən təşkil olunan ordunun Bakıda törətdikləri qətliamdan söhbət açdı.
O da xüsusilə vurğulandı ki, Stepan Şaumyanın başçılığı ilə xalqımıza qarşı analoqu görünməyən qətliam həyata keçirilmişdi. 1918-ci il mart-aprel aylarında Şamaxıda da xalqımıza qarşı soyqırım həyata keçirilib. Araşdırma komissiyası tərəfindən hazırlanan sənədə görə 2000 erməni əsgəri Şamaxıya göndərilmişdi.
A. Mikoyanın başçılığı ilə yaradılmış «İnqilabi müdafiə» adı iləçıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan «İsmailiyyə»ni yandırmış, «Açıq söz», «Kaspi», «Bakı» qəzetlərinin redaksiyalarını dağıtmış, «Təzə pir» məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişlər.
Şagirdlərdən Səfərov Sahib çıxışında bildirdi ki, ermənilər Bakı qətliamından sonra S. Lalayansın dəstələri 3-16 aprel tarixlərində Şamaxı əhalisinə divan tutmuş, Şamaxının 58 kəndi darmadağın edilmişdi. Təxminən 8 minə yaxın dinc sakin qanına qəltan olunmuşdu. Bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq olmuşdu. 1918-ci ildə 15 min nəfər əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi 1700 nəfərə enmişdi.
Sonra söz 7-ci sinif şagirdi Aydan Zeynallıya verildi:
– Quba qəzasında mənfur ermənilər 30 min nəfər soydaşımızı qətlə yetirdi. Bu qətliam zamanı tək türklər yox, dağ yəhudiləri də qanlarına qəltan olunmuşlar. Quba rayonu ərazisində aşkarlanmış kütləvi məzarlıq bunları sübut edir.
Tədbir iştirakçılarından 7-ci sinif şagirdi Əkbər Mehrin «Soyqırım» şerini söyləmişdir.
7-ci sinif şagirdlərindən Əlizadə Sinan soyqırım haqqında bunları dedi:
– Ulu Öndər Heydər Əliyevin sözlərini xatırlayaq: «Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir».
7-ci sinif şagirdi Həmidə Gülbabayeva tanınmış şair Məmməd Aslanın «Vətən və biz» şeirindən bir parça söylədi:
Uyusan, qürbətəm; qalsan, Vətənəm!
Ananam! Qızınam! Sevgilin mənəm!
Sən necə qıyırsan dağlansın sinəm?!
Hesab sor düşməndən! Öc al satqından!
Sıyır qeyrətini qılınctək qından!
Axan qanıma bax, kəsilən başa…
Qızmış pələng kimi atıl savaşa!
Ölsən, şərəflə öl, qalsan, ər yaşa!
Duyur sərtliyini dəmir qatından!
Sıyır qeyrətini qılınctək qından!
Sonda gimnaziyanın pedaqoji kollektivinə dərin minnətdarlığımızı bildirir, tariximizi heç vaxt unutmamağı, düşmənə qarşı həmişə hazır olmağı arzulayırıq.
Ceyhun Vaqifoğlu
Yazıya 139 dəfə baxılıb