APREL ŞƏHİDİ POLKOVNİK VÜQAR YUSİFOVUN ANIM GÜNÜ KEÇİRİLDİ…

278067736_2414589892016503_3928828874482587051_nKultur.az xəbər verir ki, 06 aprel 2022-ci il tarixində Şəmkir rayonunun Şiştəpə kənd Şəhidlər Xiyabanında Aprel döyüşlərinin şəhidi, Polkovnik Vüqar Yusifovun məzarı ziyarət edildi.

Şiştəpə Kənd İcra nümayəndəliyinin təşkil etdiyi mərasimdə Şəhidin ailə üzvləri, hərbçilər, Şəmkir rayon rəhbərliyinin nümayəndələri, Q.Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbinin kollektivi, kənd əhalisi iştirak edirdi.

Mərasimi giriş sözü ilə açan Qubatel Hüseynova Vüqar Yusifovun keçdiyi şərəfli ömür yolundan söz açaraq, belə oğulların gələcək nəsillərə örnək olduğunu qeyd etdi.

Şəhidin atası Nurəddin Yusifov aprel döyüşlərində qəhrəmanlıqla vuruşan hər bir döyüşçünü Zəfər tariximizin qaranquşları adlandırdı və aprel şəhidlərinin xatirələrini hörmətlə yad etdi.

Müqəddəs Şəhidlərimizə qəhrəman döyüşçülərimizə həsr edilmiş epik nümunələr məktəblilərin ifasında səsləndi.

Mərasimin sonunda Şiştəpə kənd şəhidlərinin məzarları önünə tər çiçəklər, əklillər düzüldü.

Xatırladaq ki, Polkovnik Vüqar Yusifov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub. 06 apreldə doğulduğu Şəmkir rayonunun Şiştəpə kəndində son mənzilə yola salınıb.

Yazıya 352 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.