
Teatrın direktoru Aqil Bəhramlı qonaqları salamlayaraq yeni binada yaradılan şərait haqqında məlumat verib. O bildirib ki, teatrın yeni binasında 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada, həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Bir sözlə teatrın yeni binasında tamaşaların nümayişi üçün müasir texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb.
Görüşdə həmçinin, teatrşünas-tənqidçi Anar Bürcəliyevin qələmə aldığı “44 günlük Zəfər tarixinin Gəncə şəhidləri” adlı kitabı qonaqlara hədiyyə edilib.
Yazıya 90 dəfə baxılıb