Tanınmış Azərbaycan rəssamı Nəvai Metin 01 oktyabr 2022-ci il tarixdən qardaş ölkə Pakistanda yaradıcılıq ezamiyyətindədir. Yaradıcılıq səfəri Pakistanın Azərbaycandakı səfiliyinin və pakistanlı rəssam Şeffik Faroqinin dəvəti ilə reallaşıb. Rəssam Nəvai Metin Paytaxt İslamabad da Lahorda və başqa şəhərlərdə yaradıcılıq birliklərində sənət adamları ilə görüşlər keçirib. Azərbaycanın Pakistandakı fövqalədə və səlahətli səfiri Xəzər Fərhadovla görüşdə, gələcəkdə Azərbaycan rəssamlarının Pakistana səfərləri və sərgilərin keçirilməsi müzakirə olunub. Səfir Xəzər Fərhadov mədəni əlaqələrin vacibliyini qeyd edərək bu işdə mümkün olan bütün variantlardan istifadə edəcəyini vurğulayıb. Rəssam Nəvai Metinin yaratdığı Pakistan dövlətinin qurucuları Məhəmməd İkbalın və Qaydi Azimin porttretləri sərgilərdə rəğbətlə qarşılanıb. Rəssam Nəvai Metinin sərgiləri və müxtəlif sənət adamları ilə görüşləri Pakistanın media qurumları tərəfindən işiqlandırılıb. Pakistanda fərqli insan obrazlarını kətana köçürən rəssam Nəvai Metin yaxın vaxtlarda Bakıda, sonra isə Pakistanda əsərlərini sərgiləməyi planlaşdırır.
Dayandur Sevgin
Yazıya 68 dəfə baxılıb