Gənc rejissor Şirin Əhmədovun yeni filminin çəkilişləri başa çatıb

WhatsApp Image 2022-11-29 at 12.13.41kultur.az xəbər verir ki, filmdə əsas rolları Xalq artisti Məmməd Səfa, Əməkdar artist Hüsniyyə Mürvətova canlandırıb.

Əməkdar artist Hüsniyyə Mürvətova filmin uğurlu olacağına inandığını qeyd edib:

“Şirin Əhmədov gəncdir, festivallarda artıq çıxış edir, mükafatlar alır. Bu filminin də uğurlu olacağına inanıram. Ortada peşəkar komanda və peşəkar bir iş var. Ssenarini oxuyan kimi dərhal razılaşdım. O baxımdan, inanıram ki, film özündən söz etdirə biləcək”.

Qısametrajli bədii filmin prodüsserləri Rəna Qiyaslı, Elmar Fərzəliyev, quruluşcu rejissoru Şirin Əhmədov, ssenari müəlifləri Şirin Əhmədov, Elmar Fərzəliyev, təsvir rejissoru Yusif Qasımlı, köməkçi rejissoru Rəna Qiyaslı, aktyorlar  Xalq artisti Məmməd Səfa, Əməkdar artist Husniyyə Mürvətova, Tunar Əlizadə, Elməddin Zakirli və Əlizamin Məmmədovdur.

Qeyd edək ki, filmin adı bu yaxınlarda ictimaiyyətə açıqlanaq.

WhatsApp Image 2022-11-29 at 12.13.41 (1) WhatsApp Image 2022-11-29 at 12.13.41 (2) WhatsApp Image 2022-11-29 at 12.13.41 (3) WhatsApp Image 2022-11-29 at 12.13.41 (4) WhatsApp Image 2022-11-29 at 12.13.41

 

Yazıya 101 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.