BƏHMƏN VƏTƏNOĞLU – 90 (fotolar)

Без названия

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bəhmən Vətənoğlunun 90 illik yubileyi münasibətilə tədbir keçirildi.

www.kultur.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkil etdiyi mərasimdə ziyalıar, elm və sənət adamları, media nümayəndələri, şairin ailə  üzvləri iştirak edirdi.

Torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Şəhidlərin və ömrünü Azərbaycan söz sənətinə həsr edənlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid mərasimi açıq elan etdi. O, Bəhmən Vətənoğlunun həyat və yaradıcılığı barədə qısa məlumat verdikdən sonra sözü tədbirin aparıcısı şair, Əməkdar jurnalist  Adil Cəmilə verdi.

Çıxışçılar – Şəmşir ocağının davamçısı, tanınmış ziyalı Cavid Qurbanov, yazıçı, Millət vəkili Aqil Abbas, Millət vəkili Aqil Məmmədov, yazıçı və şairlərdən Seyran Səxavət, Ağacəfər Həsənli, Elşən Əzim, Mirsəyyaf Zamanlı, Əlövsət Saldaş, Sönməz Ələkbər, Nağdəli Keştəkli, Ələmdar Keştəkli, ziyalılardan Qurban Sadıqov və başqaları şairin yaradıcılığından söz açaraq, xatirələrini bölüşdülər, Bəhmən Vətənoğlu şeirlərinin küll halında dərc olunması üçün müəyyən təkliflər irəli sürdülər.

Yubiley mərasiminin sonunda şairin oğlu Etibar Məmmədov təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirdi.

Tədbir Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlının ifa etdiyi saz havasının sədaları altında sona yetdi.

WhatsApp Image 2022-12-19 at 21.49.46WhatsApp Image 2022-12-19 at 21.49.45 WhatsApp Image 2022-12-19 at 21.49.43 WhatsApp Image 2022-12-19 at 21.49.42 WhatsApp Image 2022-12-19 at 21.49.41 WhatsApp Image 2022-12-19 at 21.49.39 (1) WhatsApp Image 2022-12-19 at 21.49.39 WhatsApp Image 2022-12-19 at 21.49.40 (1) WhatsApp Image 2022-12-19 at 21.49.40 WhatsApp Image 2022-12-19 at 21.49.41 (1) WhatsApp Image 2022-12-19 at 21.49.38 WhatsApp Image 2022-12-19 at 21.49.37 WhatsApp Image 2022-12-19 at 21.49.37 (1) WhatsApp Image 2022-12-19 at 21.49.36 WhatsApp Image 2022-12-19 at 21.49.35WhatsApp Image 2022-12-19 at 21.49.35 (2) WhatsApp Image 2022-12-19 at 21.49.35 (1) WhatsApp Image 2022-12-19 at 21.49.27 WhatsApp Image 2022-12-19 at 21.49.29 WhatsApp Image 2022-12-19 at 21.49.33

 

 

Yazıya 153 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.