Onda indiki kimi deyildi … – Aslan Əsədov

301003331_5370965402980103_1439646403952145449_n (2)Onda indiki kimi deyildi, noyabr ayında başlayırdı qar yağmağa. Səhər saat 7-dən babalar, atalar əllərində kürək, əyinlərində kürk çıxırdılar doqqazlara. Salamlaşıb-sabahlaşıb ovuclarına hovxurub yapışırdılar kürəyin sapından, başlayırdılar işə.

Hamı öz darvazasından yoladək cığır açırdı, cığırlar birləşən əsas kənd yolunu qardan təmizləyib cığırı genişləndirirdilər. Çünki bir azdan məktəblilər və müəllimlər keçəcəkdi yoldan. Kişilər bir-birini tələsdirirdi, “bir az əlli ol, indicə Bayram müəllim keçəcək,Ramazan müəllimin keçən vaxtıdı,Qurban müəllim odu ha, gəlir, cəld ol”.Mahir müəllim əsəbləşəcək tez ol.Beləcə qarlı havalarla biz məktəblilər çaba edirdik.Çox qar yağanda yerinə yağır əlac yoxdur deyərdik-bir zamanlar.
Bu prosesdə bütün evlərdən ata-babalar iştirak edirdi, bir qayda olaraq. Elə evlər vardı məktəbli yox idi o evdə, amma yenə də çıxıb yol açmağa kömək edirdi kişilər.  Onda indiki kimi 2 sm olmurdu qar, yadımdadır, qartopu yığmaq üçün təmizlənməmiş qarlı yerə girəndə  dizimədək uzunluğu olan çəkmələrimin boğazından qar dolurdu içəri.
Kəndin ayağından açılan cığır kəndin başındakı məktəbədək uzanırdı, müəllimlər, məktəblilər qara batmadan, sürüşmədən rahat gedirdilər.
Əsl mədəniyyət kəndlərdədir.Biz kənlərimizi qorumalıyıq ora bizim mənəvi borcumuzdur.

Yazıya 18 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.