ANAİB I Naxçıvan Kitab Sərgisi keçiriləcək

naxchivan sergisi13-14 may tarixlərində Naxçıvanda “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Naxçıvan Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisi keçiriləcək.

kultur.az anaib.az-a istinadən xəbər verir ki, Naxçıvan Universitetində baş tutacaq sərgi hər gün 10:00-dan 19:00-a qədər davam edəcək.

Həmişə olduğu kimi zəngin proqrama ev sahibliyi edəcək kitab festivalında tanınmış ədiblər, mentorlar, aktyorlar, qiraətçilər, eləcə də mədəniyyətin digər sahələrində ixtisaslaşmış məşhurlar iştirak edəcək, oxuculara unudulmaz bayram ab-havası yaşadacaqlar.

Sərgidə ölkəmizin ziyalıları ilə görüş, məşhur yazıçıların təqdimat və imza saatları, müxtəlif panellər keçiriləcək. Ən əsası isə minlərlə kitab endirimli qiymətlərlə oxucuların ixtiyarında olacaq.

Bundan əlavə sərgidə görmək istədiyiniz məşhurların – yazıçı, şair, eləcə də ictimai xadimlərin adlarını ANAİB-in sosial media hesablarına yaza bilərsiniz.

Qeyd edək ki, bu sərgi də “Bölgələrə kitabla gedirik!” sloqanı altında təşkil olunur.

Giriş sərbəstdir.

Yazıya 10 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.