Elm, Faydalılıq, Mühəndislik Festivalı-2023 keçirildi

efmf1İyunun 15-i Hədəf STEAM Liseyinin Abşeron filialında Milli Qurtuluş Gününə həsr olunmuş Elm, Faydalılıq, Mühəndislik Festivalı (EFMF-2023) keçirilib.

kultur.az təhsil müəssisəsinə istinadən xəbər verir ki, festival Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan liseyin qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq festivalın məqsəd və məramından, qarşıya qoyulan hədəflərindən danışıb. Bildirib ki, dördüncüsü keçirilən festival artıq ənənə halıalıb. O, çıxışında rəhbəri olduğu liseyin fəaliyyətindən, şagirdlərin qazandığı uğurlardan, festivalın məktəbli uşaqlar üçün hansı perspektivlər yaratdığından söz açıb.

Daha sonra Hədəf Şirkətlər Qrupununun direktor müavini Nizami Hüseynov, Hədəf Kursları Nizami filialının direktoru Elvin Əliyev, robototexnika marketi “Robotzadə”nin direktoru Əhməd Özaslan,  “Azərsu” MMC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı çıxış edərək festivalın əhəmiyyətindən, belə tədbirlərin elm və təhsil mühitinə verdiyi faydadan danışıblar.

Festivalda Hədəf STEAM Liseyinin şagirdləri tərəfindən yaradılan “BilgəBot”un təqdimatı baş tutub. İki dildə – rus və ingilis dillərində sualları cavablandıran bot hərəkət edə, müəyyən komandaları yerinə yetirə bilir.

Bundan başqa 2 Aprel Qəbul-Güzəşt imtahanında güzəşt və hədiyyə qazanan şagirdlərin mükafatlandırma mərasimi keçirilib. Belə ki, 18 şagird qiymətli hədiyyələr və 3000 manatadək güzəşt əldə ediblər.

EFMF-də Hədəf STEAM Liseyinin şagirdləri tərəfindən hazırlanan STEM əsaslı layihələr nümayiş etdirilib. Liseyin təhsildə fərqlənən şagirdlərinə sertifikat təqdim olunub.

Festivalda “Hədəf” və XAN nəşriyyatları tərəfindən kitab yarmarkası da təşkil edilib.

Açıq havada keçirilən EFMF-2023 sərgisinin iştirakçıları “Gör, Toxun, Et” prinsipi ilə əylənib, maraqlı təcrübələr yaşayıblar.

Qeyd edək ki, festival Hədəf STEAM Liseyi müəllimlərinin lisey balabilgələri və ailələri ilə bu il ərzində hazırladıqları layihələr əsasında baş tutub. Daha çox mühəndislik, robototexnika sahələrinə yönəlmiş layihələr festival iştirakçılarına təqdim olunub, əyani şəkildə təcrübədən keçirilib.

\efmf1 efmf2

Yazıya 14 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.