İyunun 15-i “Azərbaycan Nəşriyyatları Assosiasiyası”nın (ANAİB) idarə heyətinin növbəti görüşü keçirilib.
kultur.az anaib.az-a istinadən xəbər verir ki, iclasda iştirak edən idarə heyətinin üzvləri yeni layihələr, kitabçılığın inkişafı üçün 3 illik strategiyanın müəyyənləşdirilməsi, elecə də ANAİB-in strukturu ilə bağlı müzakirələr aparıb və hər bir layihə ilə bağlı işçi qrupu yaradılıb.
Görüşdə məktəblilər arasında keçiriləcək “I Yay Oxu Marafonu”nun şərtləri də müəyyənləşdirilib. Oxu vərdişinin təşviqi üçün nəzərdə tutulan bu layihə ilə bağlı ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Bundan başqa yeni müsabiqə, seminar və nominasiyalarla bağlı qərarlar verilib.
Sonda qeyd olunub ki, ölkədə kitab sənayesinin inkişafına dəstək məqsədilə keçirilən layihələrin sayı artırılacaq.
Yazıya 24 dəfə baxılıb