Feyruz Muradov – Oğru qadın (hekayə)

Без названияAnam yaşlı qadındır.Köhnə şəhərdəki ata-baba evimizdə qalır.Mən isə təzə şəhdeəki hökümət evində qalıram.Hərdən gedib anamın yanında iki-üç gün qalıram ki, çox darıxmasın.Amma həmişə buna imkanım olmur.Öz qayğılarım da var.Öz qayğı  və problemlərimə də vaxt ayırmalıyam.Ona görə də bəzən iki-üç gün gedib anama dəyə bilmirəm.Anam narazı qalır.Təkliyə o qədər davamı yoxdur anamın.Uzun illər doğum eviondə qapıçı işləyib, daim adam arasında olub.İndi isə təqaüdə çıxdığı səbəbindən evdə oturmalı olub.Mən olmayanda evdə tək qalır.Sıxıntı keçirir.Yaş da öz sözünü deyib.Daha əvvəlki sağlamlığı da qalmayıb.

Qonşuluğumuzda yaşayan Çiçək ( ad şərtidir) adlı  bir gəlin anama qayğı göstərməyə başlamışdı.Bunu görəndə xeyli sevinmişdim.Həmişə anamı evlərinə dəvət edirdi.Bildirirdi ki, o da təkdir ,darıxır.Anam gəlib olarda otursun ,bir stəkan çay içsin,söhbət etsinlər.Anam hərdən gedirdi Çiçəkgilə.Hərdən də getişinə ara verirdi. Tez-tez qonşu evinə getməyə üzü gəlmirdi.Çiçək də buna görə onu qınayırdı.O özü də ara-sıra anama baş çəkməyə gəlirdi.Bəzən o gələndə mən də evdə olurdum.Çiçəyin anama hansı dərmanı, nə vaxt , nə qədər içmək lazım olmasını izah edib öyrədirdi.Amma onun sözlərində nə isə bir etinasızlıq, baxışlarında bir laqeydlik var idi.Lakin anamın yanına heç kim gəlmədiyinə görə onun bu gizli etinasızlığına göz yumurdum.

Bir dəfə yolda mənimlə rastlaşan Çiçək bildirdi ki, narahat qalmayım ,mən olmaynda o anama baxacaq.Əslində bir qədər təəccübli idi onun belə deməsi.Onu anama baxmasını mən  deməmişdim.Baxacam deməsi bir qədər böyük çıxırdı.Həm də süni .Sanki Çiçək bizi idarə etməyə başlayırdı.Anamı və məni.Buna baxmayaraq mən hərdən özümü saxlaya bilməyib, anamın mənə qarşı çox tələbkar olduğundan Çiçəyə gileylənirdim.O isə “-qoca arvaddı , nə edəsən”- deyirdi.

Çiçək anamın yanına gələndə onun hansı dərmanlər aldığı,nə qədər pul verməsi ilə də maraqlanırdı.Hərdən zarafatla anama deyirdi ki, “öləndə səni mən yuyacam”.Sanki anam bir müştəri gözü ilə baxırdı.Mən anama tapşırmağı lazım bildim ki, o Çiçəklə bir qədər ehtiyatlı olsun.Söz düşəndə Çiçəyin nəzərinə çatdırırdım ki, anamın ölməyinə hələ çox qalıb və o hələ tələsməısin.

Hərdən anam pulu olmadığını bildirirdi.deyirdi ki, pulum qurtarmışdı gedir qonşu Kamıldən 30 manat borc götürdüm ki, təqaüd alana qədər çatsın.Mən bundan təəccüblənirdim.Axı anam nə almıçdı ki, pulları yoxa çıxmışdı.Şübhələnirdim ki, bəlkə anam pulunu kiməsə verib.Aldadıb pulunu əlindən alıblar.Anam and aman edirdi ki, heç kəsə pul verməyib.Çiçək isə bunu eşidəndə sakitcə deyirdi  ki, –“ pul harda olacaq ki, yəqin anam pulunu harasa qoyub və qoyduğu yeri un udub.Pul harad olsa  burad olacaq”-

Bu cür anamın pulsuz qalması ardıcıl olaraq təkrarlanmağa başlamışdı.Mən pulun harada olmasını  soruşanda anam deyirdi ki, pulunu xərcləyib.Amma nəyə xərcləyib soruşanda  tutatlı bir cavab gəlmirdi.Bilirdim ki, anam nəyisə gizlədir.Nəhayət bir gün anam ötən ay 400 manat pulunun evdən oğurlandığını etiraf etdi.Şörək pulu qalmadfığından gedib Çiçəkdən 30 manat borc rul almışdı.O pulun oğurlanmasında  qonşumuz İlhamdan şübhələnirdi.Çoxdan idi İlhamla aralarında narazılıq var idi.Güman edirdi ki, İlham  qapımızın açarından bir nüsxə çıxartdırıb və xəlvəti evə daxil olaraq pulları oğurlayıb.Mən  anama  bildirdim ki, bu İlhamın işi ola bilməz.İlham işləyirdi və kifayət qədər də pulu var idi. Anamın pulunu oğurlamaq onun nəyinə lazım idi? Evimizə gəlib- gedən adamları bir -bir gözümün önündən keçirdim.Bu vaxt Çiçək yadıma düşdü.Onun qapı açıq olanda gözlənilmədən gəlməsi.Etinasız baxışları,saymazyana hərəkətlərini xatırlayarkən şübhələrim baş qaldırmağa başladı.Anam qonşumuz İlhamdan şübhələnirdi, mən isə qayğıkeş, canıyanan obrazı yaratmış Çiçəkdən şübhələnirdim.

Sonuncu dəfə anamı tərk edib, evimizdən çıxanda tapşırdım ki, Çiçəkdən göz olsun.O təzəcə təqaüd almışdı.Tutulmadığını görən oğru şirniklənmişdi.O götürdeyü pulları xərclədikdən sonra yenidən ova gələcəkdi.Onun şikarı isə anam idi.

Bir gündən sonra geri qayıtdım.Anam evdə yox idi.Harasa  getmişdi.Qaz yanmırdı.Elə bildim umumi olaraq qaz sönüb.Qonşulardan soruşdum.Onların qazı gəlirdi.Küçəyə çıxdım ki, qaz xəttımızin açıq olub-olmadığını yoxlayım.Kim isə qaz xəttini dibdən bağlamışdı.Yəqin ki , kim isə anamı bütün günü qazsız qoymuşdu.Bilirlər ki. Anam belə işlərdən baş aça bilmir.Mən qaz təttimizi açıb həyətə gəlmək istəyəndə gördüm ki, küçənin o başından qızı ilə gələn Çiçək məni səsləyir.Dayanıb onu gözlədim.Tələsik mənə yaxınlaşıb anamdan şikayətlənməyə başladı.

–Daha ananıza baxmayacağam.(Guya ki, anama nə isə böyük bir iş görmüşdü.)Mən ona öz anam kimi baxırdım.O isə mənə deyir ki, pulumu sən oğurlamışam.Yaxşı deyil , camaat eşidər,birdən inanarlar .Onda mən nə edəcəm?

Mən onu dinlədim və dedim:

–Ay Çiçək anam pulu itəndə elə mənə də deyir ki, oulimi sən götürmüsən. Bu onun xasiyyətidir.Mən ona nə deyim?

__Hər halda tapşırın.Deməsin ki, pulunu mən oğurlamışam.Siz desəz eşidər.

 

Evə gəldim.Qaz gəlirdi. Yemək hazırladım.Bir azdan anam da gəldi.O gec gəldiyimi görüb dalımca yollanmışdı.Anam üçün də yemək qoydum.Onun üzündə neçə aydan bəri görmədiyim bir sakitlik və rahatlıq var idi.O diqqətlə ,sakit-sakit mənə baxıb , soruşdu:

–Çiçək sənə nə deyilrdi?

_Çiçək tapşırıdı ki,anan pulunu mənim oğurladığını deyir.Yaxşı deyil.Deməsin .Mən pul oğurlamamışam.Yəqin özü evdə harasa qoyub,yadından çıxıb.Məni biabır etməsin.

Anam fikrə getdi.Sonra asta-asta dedi:

–Oğru tapıldı, bala.Oğru Çiçək imiş.Bu qədər vaxtda pullarımı oğurlayan o imiş.Özünü canıyanan , qayğıkeş göstərməklə şübhəni özündən uzaqlaşdırırmış.

Hadisə belə olmuşdu.Mən gedəndən sonra Çiçək anamın təqaüd aldığını xatırlayaraq onun yanına gəlib.Nə kömək lazım olması ilə maraqlanıb.Əslindəsə məqsədi bu dəfə da anamın pullarını oğurlayıb qaçmaq olub.Anamın ayağına yod çəkib.Deyib uzansın,dincəlsin.Özü isə içəri evə girib.Guya evi təmizləyirmiş.Bir az sonra çıxıb və tələsik getmək istəyiub.Mənim sözlərim anamın yadına düşüb.Mən ona tapşırmışdım –“Çiçəyə göz qoy”Anam da Çiçək çıxan kimi tez içəri evə keçib.Pulu gizlətdiyi yeri yoxlayıb.Pul yerində yox idi.Bu anamın bir aylıq təqaüdü idi.Çörək pulu idi.Gözünü dikdiyi çörək pulu idi.Onu da Çiçək hər dəfə gəlib xəlvəti oğurlayıb xərcləyirdi.Anam isə pulsuz qalırdı,ondan-bundan borc alırdı.Utandığından pulun oğurlanmasını mənə bildirmirdi.Çünkü mən ona hər dəfə tapşırırdım ki, Çiçək etibarlı adama oxşamır.O isə mənim sözümə məhəl qoymurdu.

Pulun yerində olmadığını görən anam tələsik,qışqıra-qışqıra Çiçəyin dalınca qaçır.Qapının ağzında onu yaxalayır.Qışqıra-qışqıra pulları verməsini tələb edir.Çiçək pulların onda olmamasını desədə anam əl çəkmir.Onun yaxasını-başını axtarır.Anam 300 manat pulunu Çiçəyin sinəsinin altından çıxarır.Onu həyətdən çıxararaq, bir də bu evə gəlməməsini tapşırır.İndi anam daha rahat olub.Çünkü kömək etmək adı ilə, bizim əzab-əziyyətimizə səbəb olan insanları  qovmaqla həyatımızı xilas etmiş oluruq.

 

 

Yazıya 181 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.