AKİF ABBASOV – HANSINI KİMƏ?

AKİF 100(hekayə)

         Ramil sadəlövh idi, həm də bir söz deyəndə ona gec çatırdı. Bir dəfə şöbə müdiri Müslüm müəllim Ramili yanına çağırıb soruşdu:

-Nəşriyyatda Sərdarla, Bəhramı tanıyırsan?

Ramil cəld:

-Əlbəttə, Müslüm müəllim., – dedi.

Müslüm müəllim iki ədəd on manatlığı ona uzadıb:

-Al bu onluqları. Gedirsən nəşriyyata. Onluğun birini Sərdara, o birini də Bəhrəma verərsən. Bildin?

Ramil yenə cəld:

-Bəli, müəllim, – deyə cavab verdi.

Ramil yola düzəldi. Yolun yarısında ayaq saxladı. Əlində tutduğu onluqlara baxıb fikrə getdi və geri qayıtdı:

-Müslüm müəllim,  üzr istəyirəm. Baş ağrısı olmasın. Bu onluqlardan hansını Sərdar müəllimə, hansını Bəhrəm müəllimə verim?

Müslüm müəllim təəccüblə ona baxdı.

Bakı şəhəri, 09 avqust 2023-cü il

Yazıya 38 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.