AKTİVİST RƏSSAMLAR ASSOSİASİYASI YENİ LAYİHƏYƏ START VERDİ

WhatsApp Image 2023-09-11 at 15.24.01 (17) “Yurdumuzu qarıs-qarıs gəzək” layihəsində uğur qazanan Aktivist Rəssamlar Assosiasiyası “Dünyanı sənət xilas edəcək”adlı yeni layihəyə start verdi. Layihədə əsas məqsəd yurdumuzun müxtəlif bölgələrində canlı rəsmlər çəkmək, itirilməkdə olan sənət sevgisini əhaliyə qaytarmaq və hər bir bölgədə rəsm sərgisi təşkil etməkdən ibarət idi.

kultur.az xəbər verir ki, assosiasiyanın üzvləri bu məqsədlə 10.09.2023-cü il tarixində Şamaxı-Ağsu bölgəsinə səfər etdilər. Səfər çərçivəsində rəssamlar açıq havada etüd edərək təbiətin gözəlliklərini ağ kətan üzərində canlandırdılar. Onlarla rəssamı bir arada görmək, hər hansı bir rəsm əsərinin dünyaya gəlişini canlı olaraq izləmək bölgə sakinlərini və yolçuları da məmnun etdi.

Səyyah rəssamların təəssüratları da əsərləri kimi rəngarəng idi. Səfərdən razı qalan rəssam Gövhər Məmmədova belə tədbirlərin tez-tez keçirilməsinin həm rəssamlar, həm də bu sənətə doğru addımlayan gənclər üçün əhəmiyyətli olduğunu vurğulayaraq dedi: “Səfərimiz mənə xoş təsərrüfat bəxş etdi. Ümid edirəm ki, aktivist rəssamlarla birgə hələ uzun-uzun yollar qət edəcək, rəsmlər çəkəcəyik. Hər zaman belə səviyyədə və belə əhval-ruhiyyə ilə etüdlərdə görüşməyi arzu edirəm”.

Rəssam Tofiqə Əliyeva isə aktivist rəssamlarla birlikdə etüd edərkən ruhunun dincəldiyini qeyd etdi. “Mən düşünürəm ki, hər bir rəssam üçün ən gözəl və xoş keçən gün oldu. “Dünyanı sənət xilas edəcək” şüarımızın yerində olduğuna bir daha əmin olduq. Həqiqətən də dünyanı sevgidən yoğrulmuş sənət xilas edəcək. Biz içimizdəki insan və təbiət sevgisini fırça vasitəsiylə bəşəriyyətə ötürdükcə, o enerji, o sevginin bütün dünyanı sardığına inanırıq”, – deyən rəssam belə tədbirlərin yaradıcılığın inkişafında da böyük rolu olduğunu qeyd etdi.

Rəssam Nəvai Metin sərgi barədə aşağıdakıları söylədi: “Sərgi boyunca hər bir rəssamın bir perspektivdən müxtəlif ideya və görüntü, rənglərlə işləmə üslubuna canlı şəkildə baxıldı.  Bu əsərlərdə hər bir rəssamın eyni obyekt üzərində fərqli düşüncəsi var idi. Əgər bir rəssamın iç dünyasına keçid etmək istəyirsizsə,  onun çəkdiyi əsərlərə diqqətli olmalısınız. Canlı mənzərə rəsmlərində rəssam tək təbiətin rənglərini deyil, həm də öz rənglərini əks etdirir. Rəssam qrupu olaraq bizim fikrimiz budur ki, canlı sərgilərimizdə insanlar bizimlə bir yerdə olub, bizim dünyamıza baxsınlar və incəsənətin gözəlliklərinə vararaq şahidi olsunlar ki, bir fırça ilə necə möcüzələr yaratmaq mümkündür”.

Açıq havada baş tutan plenar-tədbirin sonunda sərgidə iştirak edən rəssamlara Aktivist Rəssamlar Assosiasiyasının sertifikatları təqdim edildi.

WhatsApp Image 2023-09-11 at 15.24.00 WhatsApp Image 2023-09-11 at 15.24.01 (1) WhatsApp Image 2023-09-11 at 15.24.01 (2) WhatsApp Image 2023-09-11 at 15.24.01 (3) WhatsApp Image 2023-09-11 at 15.24.01 (4) WhatsApp Image 2023-09-11 at 15.24.01 (5) WhatsApp Image 2023-09-11 at 15.24.01 (6) WhatsApp Image 2023-09-11 at 15.24.01 (7) WhatsApp Image 2023-09-11 at 15.24.01 (8) WhatsApp Image 2023-09-11 at 15.24.01 (9) WhatsApp Image 2023-09-11 at 15.24.01 (10) WhatsApp Image 2023-09-11 at 15.24.01 (11) WhatsApp Image 2023-09-11 at 15.24.01 (12) WhatsApp Image 2023-09-11 at 15.24.01 (13) WhatsApp Image 2023-09-11 at 15.24.01 (14) WhatsApp Image 2023-09-11 at 15.24.01 (15) WhatsApp Image 2023-09-11 at 15.24.01 (16) WhatsApp Image 2023-09-11 at 15.24.01 (17) WhatsApp Image 2023-09-11 at 15.24.01 WhatsApp Image 2023-09-11 at 15.24.32 WhatsApp Image 2023-09-11 at 15.25.00 WhatsApp Image 2023-09-11 at 15.26.01 WhatsApp Image 2023-09-11 at 15.26.23

Yazıya 409 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.