Nabran Payızı -Aktivist Rəssamlar Assosiasiyasının üzvlərinin əsərlərində

WhatsApp Image 2023-09-25 at 10.16.35Aktivist Rəssamlar Assosiasiyasının “Dünyanı sənət xilas edəcək” adlı layihəsi bu dəfə Nabranda baş tutdu.

kultur.az xəbər verir ki, assosiasiyanın üzvləri  - Sevinc Kərimova, Məlahət İsmayıl, Naqiyə Rzayeva, Tamara Kontsedaylo, Tofiqə Əliyeva, Validə Əsəd, Gövhər Məmmədova, İntiqam Cəfərov, Məlik Məmmədxanov, Əmrah Mədətov, Nevai Metin, Əbdüləmi Əliyev, Süleyman Hüseynov, Vüsalə Yunusov, Nigar Vəliyeva və Sevanə Qurbanlı 24.09.2023-cü il tarixində Nabrana səfər etdilər. Rəssamlar yenə də açıq havada etüd edərək, Nabranın iqlim qovuşmasından doğulan əsrarəngiz təbiətini ağ kətan üzərində canlandırdılar.

Səfər barəsində təəssüratlarını bizimlə bölüşən Aktivist Rəssamlar Assosiasiyasının  rəhbəri Rəssam Nəvai Metin “Nabran Payızı”ndan məmnun qaldığını qeyd etdi: “Məlumdur ki, bizim məqsədimiz bölgələrdə olaraq insanları sənətə, sevgiyə çağırmaqdır. Zaman-zaman bu istəyimizə nail oluruq. Bu dəfə də bizi əhali çox maraqla qarşıladı, əsərlərimizi diqqətlə izləyərək, fikirlərini bölüşdülər. Xalqın içində olmaq, onların nə düşündüklərini öyrənmək bizim üçün də çox xoş idi. Bu gün burada iyirmi nəfərə yaxın rəssam iştirak edir. Hamımız eyni təbiət qoynunda olsaq, eyni mənzərəni kətana köçürsək də, baxışlarımız müxtəlifdir. Biz öz xarakterimizi, keçirdiyimiz hissləri, içimizdəki təlatümü, sevgini də rənglərə qataraq, əsərimizdə əks etdiririk. Bizim etüdlərin taleyi bununla da tamamlanmır. Rəssam fırçasından sonra da əsərə baxanlar öz hiss-həyəcanını rənglərə əlavə edir. Bizə o əlavələr daha çox maraqlı idi. İctimaiyyətin, belə bir həssas dönəmdə xalqın hiss-həyəcanı, o həyəcanın ifadəsi bizə ruh verirdi. Azyaşlıların, gənclərin də sıralarımıza qoşulması, əllərinə fırça-kağız alaraq bizimlə bərabət işləməsi də təqdirəlayiq idi”.

Açıq havada baş tutan plenar-tədbirin sonunda sərgidə iştirak edən rəssamlara Aktivist Rəssamlar Assosiasiyasının sertifikatları, həvəskar rəssamlara isə ruhlandırıcı diplomlar təqdim edildi.

 

WhatsApp Image 2023-09-25 at 09.38.07 WhatsApp Image 2023-09-25 at 09.39.03 WhatsApp Image 2023-09-25 at 09.39.57 WhatsApp Image 2023-09-25 at 09.41.15 WhatsApp Image 2023-09-25 at 09.42.15 WhatsApp Image 2023-09-25 at 09.43.27 WhatsApp Image 2023-09-25 at 09.44.25 WhatsApp Image 2023-09-25 at 09.45.08 WhatsApp Image 2023-09-25 at 09.49.37 (1) WhatsApp Image 2023-09-25 at 09.49.37 (2) WhatsApp Image 2023-09-25 at 09.49.37 (3) WhatsApp Image 2023-09-25 at 09.49.37 (4) WhatsApp Image 2023-09-25 at 09.49.37 (5) WhatsApp Image 2023-09-25 at 09.49.37 (6) WhatsApp Image 2023-09-25 at 09.49.37 (7) WhatsApp Image 2023-09-25 at 09.49.37 WhatsApp Image 2023-09-25 at 10.16.35 WhatsApp Image 2023-09-25 at 10.16.36 (1) WhatsApp Image 2023-09-25 at 10.16.36

Yazıya 1575 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.