“Kişilərə dur deyin!” – Günel Natiqin yeni kitabı çap olundu

photo_10843Yazıçı Günel Natiqin “Kişilərə dur deyin!” adlı yeni romanı çap olunub.

kultur.az xəbər verir ki, romanda fərqli xarakter və həyat tərzinə malik qadınların həyatından bəhs olunur.

“Elm və təhsil” nəşriyyatında çap olunan romanda hadisələr Qaradivar şəhərində gender bərabərliyi uğrunda savaşan feminist qadınların mübarizəsi fonunda baş verir.

Şəhəri feminizm dalğası bürüyəndə mesenatlığı ilə tanınan sahibkarın cəsədi aşkar edilir. Qətlin sirləri açıldıqca hadisələr daha fərqli, fantastik görünüş alır.

Roman kişi-qadın münasibətləri, insanların daxili ziddiyyətləri, qadın psixologiyasına dair maraqlı mətləblərlə zəngindir.

Yazıya 16 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.