Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə Poeziya Evində çağdaş Azərbaycan ədəbiyyatında sayılıb-seçilən imzalardan biri – ədəbiyyatşünas, tənqidçi, esseist, şair, tərcüməçi Əsəd Cahangirlə görüş keçirilib.
Poeziya Evinin direkroru, AYB-nin Poeziya seksiyasının rəhbəri İbrahim İlyaslı tədbir iştirakçılarını salamlayıb.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin Əsəd Cahangirin Azərbaycan ədəbiyyatında yeri və rolundan söhbət açaraq qonaqları – AYB sədrinin müşaviri Rauf Aslanov, AYB-nin katibi, yazıçı-dramarurq, publisist Elçin Hüseynbəyli, AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli, şair Daməd Salmanoğlu və başqalarını təqdim edib.
Əsəd Cahangir müasir Azərbaycan ədəbiyyatı və onun problemləri ilə bağlı məsəllərdən danışıb, çoxsaylı oxucuların suallarını cavablandırıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü ifadə edib.
Sonra qonaqlar Əsəd Cahangir yaradıcılığının genişşaxəli xüsusiyyətlərindən danışıb, ona uğurlar arzulayıblar.
Axırda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbirin təşkilində göstərdiyi dəstəyə görə Sumqayıt şəhər İcra Hakimiyyətinə, Abşeron- Xızı Regional Mədəniyyət İdarəsinə, Abşeron- Xızı Regional Təhsil İdarəsinə, Abşeron- Xızı Regional Gənclər və İdman İdarəsinə, Sumqayıt Dövlət Universitetinə minnətdarlığını bildirib və belə tədbirlərin keçirilməsinin bu günümüz üçün vacib və əhəmiyyətli olduğunu xüsusi vurğulayıb.
İlhamə Məhəmmədqızı
Yazıya 49 dəfə baxılıb