Bu günlərdə Saday Şəkərlinin “Sürgün” adlı kitabı işıq üzü görüb. Müəllif kitab barədə məlumatı özünün “Facebook” hesabında verib: “Nəhayət, Avropadakı dörd illik qürbət günlərimin sevincini-kədərini, ağrısını-acısını əks etdirən şeirlər və poemalardan ibarət kitabım işıq üzü gördü.
Kitablarımı bütün dünyaya tanıtdıran bu nəşriyyatın çap etdiyi kitablar 170 ölkənin internet mağazalarında satılır. Bu kitab vətən həsrəti çəkən qəriblərin, həqiqi vətənsevərlərin kitabıdır”.
Xatırladaq ki, müəllifin aşağıdakı kitabları dünyanın müxtəlif ölkələrində, müxtəlif dillərdə işıq üzü görüb: “Дерево любви” (Саратов: ПКИ, 1985, 48 стр.), “Torpağa oğul sözü” (Bakı: Yazıçı, 1986, 66 səh.) “Məni soruşan olsa”( Bakı: Təbriz, 1995, 62 səh.), “Alça çiçəkləyib” (Bakı: Təbriz, 1996, 16 səh.), “Gecədən çıxan kimi” (şeir və poemalar, Bakı: Təbriz, 1996, 208 səh.), “Gümüş şamın şöləsi” (başqırd dilində, Ufa: 2000, 48 səh. “Ömrün yorğun kölgəsi” (şeirlər və poemalar, Bakı: Elm və təhsil, 2009, 328 səh.), “Birİnci kitab” (Bakı: Araz 2010, 214 səh.), “Музыка дождя” (Москва: Новый век, 2010, 82 стр.), “Haydı. Vaşinqton” ( 2011, 84 səh.), “Ölümdən qayıdan” Təbriz: 2011, 90 səh.), “Atamdan qalan payız” ( İstambul: 2011, 104 səh.), “Qurd ürəyi. Bakı: Araz 2015, 232 səh.), “Lənətlənmiş Cənnət” (Bakı – 2013, 168 səh.), “Səni sevənlərin hamısı sənsən” (Bakı-2014),”Qadağan olunmuş rəng” (Vektor nəşr.evi 2014, 220 səh. Əsərləri, 1-ci cild, Moskva, 420 səh.) və seçilmiş əsərlərindən ibarət beş cildliyi ( “ZİYA” nəşriyyatı 2019. Şeirlər və poemalar toplusu, hər cild 304 səhifə), “Qara inci – əsrə bərabər bir il” (tərcümə. 146 səhifə. Mart-2021).
Yazıya 51 dəfə baxılıb