II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri məlum oldu – Siyahı

kitabqurdu1Fevralın 24-də Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) əsas təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun (TİF) təşkilatçılığı, dəstəkçilər Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və ASAN Könüllülərinin dəstəyi II Kitabqurdu Payız Oxu Marafonunun final mərhələsi keçirilib.

Kultur.az xəbər verir ki, yarış Hədəf Şirkətlər Qrupunun baş ofisində reallaşıb.

Tədbiri giriş sözü ilə açan ANAİB sədri Şəmil Sadiq marafonun təşkilindəki məqsəddən danışıb. Bildirib ki, əsas məqsəd yerli yazıçıların təbliği, kitab bazarının dirçəldilməsi və mütaliəyə təşviqdir.

Sədr öz çıxışı zamanı təşkilatçı və dəstəkçi qurumlara təşəkkür etməyi də unutmayıb.

TİF-in əməkdaşı Hüseyn Hüseynli, ASAN Könüllülər təşkilatının sədr müavini Ayşən Camalova, AGMA sədri Səkinə Həsənli də öz növbələrində bu marafonların, yarışların təşkilində maraqlı oduqlarını qeyd edib, iştirakçılara uğur arzulayıblar.

Daha sonra marafonun münsiflər heyətinin üzvləri – “Qədim Qala” nəşriyyatının direktoru Şöhlət İftixaroğlu, “Parlaq İmzalar” nəşriyyatının diurektoru Nurman Tariq, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy çıxış edərək marafonun qaydalarını izah ediblər.

Marafon müəlliflərindən olan Elçin Əzimli, Kənan Hacı, Xan və Elay öz çıxışlarında iştirakçılara uğurlar diləyib, kitablarına göstərilən etimad üçün təşəkkürlərini çatdırıblar.

Çıxışlardan sonra gərgin final oyunu start götürüb.

İki mərhələdən ibarət finalın sonunda qaliblər məlum olub:

- I yer: Ülviyyə İsrafilova;

- II yer: Aytən Məmmədova;

- III yer: Kəmalə Tağıyeva.

1 oktyabr – 1 yanvar tarixlərində davam edən marafonun qalbiləri müvafiq olaraq 3000, 2000 və 1000 AZN məbləğində mükafat qazanıblar.

Qeyd edək ki, yarımfinal mərhələsində on iştirakçı yarışıb, onlardan dördü final mərhələsinə keçib.

Yarımfinal mərhələsinə keçən iştirakçılar bunlardır:

Aişə Əhmədova

Aytən Məmmədova

Elxaz Hacıyev

Firuz Musayev

Kamran Qasımov

Kəmalə Tağıyeva

Şüküfə İbrahimova

Ülviyyə İsrafilova

Vüsalə Məmmədova

Yeganə Abdullayeva

Final mərhələsinə keçən iştirakçılar bunlardır:

Aytən Məmmədova

Kəmalə Tağıyeva

Ülviyyə İsrafilova

Vüsalə Məmmədova

Əlavə məlumat üçün qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi Bakı Kitab Sərgisində baş tutacaq.

kitabqurdu1 kitabqurdu2 kitabqurdu3

Yazıya 9 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.