Zaman ötür.Həyat və insanlar dəyişir. Həyat bir yerdə dayanıb qala bilməz.Həyat insanlar arasındakı münasibətləri də dəyişidirir.
Az adamlar bu dəyişikləri görüb, anlamağı bacarır.Əksəriyyət heç nə olmayıbmış kimi yaşamaqlarına davam edirlər.
Rayon qəzetində jurnalist işləyən Ağakişi də belə adamlardan biri idi. O,belə məsələlər üzərində düşünməkdən çox uzaq adam idi. Əksəriyyətə qoşulub getmək və başqalarından çox da fərqlənməmək ideyasının tərəfdarlarından biri idi. Çünkü belədə yaşamağın daha asan olacağını zənn edirdi.
O uzun illər idi ki,yerli qəzetdə jurnalist işləyirdi.İşə qəbul olunduğu illər SSSR-nin dünyaya meydan oxuduğu dövrə təsadüf etmişdi.Reredaksiyada jurnalist kadrlarına ehtiyac var idi. İxtisaslı jurnalist kadrları isə rayonda yox idi. Odur ki, Ağakişinin bəxti gətirdi.Həmin il jurnalistika fakultəsinə qəbul oluna bilməsə də rayon qəzetinə müxbir kimi işə düzələ bildi.Növbəti ildə redakiyada işini davam etdirə-etdirə jurnalistika fakultəsinə qiyabi daxil oldu.Altı aydan bir imtahana gedir , birtəhər imtahandan keçib redaksiyada fəaliyyətini davam etdirirdi. Bu minvalla Ağakişi jurnalist diplomu alıb rayonun ixtisaslı jurnalisti oldu
Ağakişi elə bir jurnalist istedadına malik olmasa da, redaksiyadnın köhnə əməkdaşlarının məsləhətləri ilə standart və şablon yazılar yazmağı öyrəndi.Əslinə baxanda redaksiyada istedadı ilə fərqlənən elə bir jurnalist də yox idi. Ağakişi də onlardan birinə idi.Xaraktercə mülayim, konfliktsiz olması , redaktorla münasibətdə üzüyolalığı ilə rəhbərliyin xoşuna gəlirdi.Geyimində səliqə-səhmana xüsusi diqqət yetirirdi. Axı yazıları ilə fərqlənə bilmirdisə, əlacı səliqəli geyimi ilə diqqət çəkməyə qalırdı.
Redaksiyanın çox sayda ştatdankənar müxbirləri var idi.Qəzet günaşırı çıxdığına görə redaksiya əməkdaşlarının işi çox olurdu.Onlar da işlərini bir qədər yüngülləşdirmək üçün redaksiyaya ştatdankınar müxbirlər cəlb etməyə çalışırdılar.Belə ştatdankənar müxbirlərdən biri də Azad idi. Azad orta məktəbi təzə bitirmişdi. O, Ağakişinin bitirmiş olduğu orta məktəbdə təhsil almışdı.Ali məktəbə qəbul oluna bilmədiyindən zavodda fəhlə işləyirdi.Yazıb gətirdiyi məqalələr işlədiyi zavodun göstəriciləri haqda olurdu.Azad hər dəfə sevinə-sevinə yazdığı məqalələrini Ağakişiyə gətirib verir , yazısı qəzet səhifəsində dərc olunduqdan sonra gəlib redaksiyadan yeni qəzet nüsxəsini alıb aparırdı.Yazılarınin çap olunmasının sevincindən Ağakişiyə minnətdarlığını bildirirdi. Ağakişi isə bu minnətdarlığı məmnunluqla qəbul edirdi.Bundan özünü nüfüzlu, olduqca əhəmiyyətli,vacib bir adam kimi hiss edirdi.
Azad yeddi-səkkiz ay müddətində rayon qəzetinə məqalələr yazıb gətirməkdə davam etdi. Bu zaman ərzində yerli qəzetin səhifələrində xeyli yazıları çap olundu.Sonra o daha redaksiyada görünmədi.Ağakişi belə bir köməkçisinin getməsinə təəssüflənirdi.Çünkü onun yerinə ayrı birisini tapmaq üçün xeyli vaxt sərf etmək lazım olacaqdı.
Azad isə jurnalist təhsili almaq üçün rusiya şəhərlərindən birinə yollandı.Bir neçə il rayonda onun barəsində heç bir məlumat olmadı.Sa-dəcə olaraq bilirdilər ki, rusiyada jurnalist təhsili alır.Ağakişi də yazı yazmaq üçün onun yerinə ayrı birisin tapdı və bir müddət sonra Azadı unutdu.
Rusiyada təhsil alması Azadın dünyagörüşündə böyük dəyişiklər yaranmasına səbəb oldu. O, daha fəhlə işlədiyi zavoddan ,nahar fasiləsi zamanı, əynində çirkli iş paltarı ilə redaksiyaya yazı gətirən oğlan deyildi.Azad təhsilini başa vurduqdan sonra Bakıya gəldi.Jurnalist işlədi.Sonra özü müstəqil qəzet yaradıb fəaliyyətə başladı.Bir neçə il sonra onun yaratdığı qəzet ölkədə tanınan qəzetlərdən birunə çevrildi.O neçə-neçə kitabın müəllifi oldu.Ölkədə tanınmış qələm adamlarından biri kimi şöhrət qazandı.
Ağakişi isə rayon qəzetində necə işləyirdisə elə də işləməkdə davam edirdi.Bu illər ərzində yalnız vəzifəsində bir pillə irəli gedə bilmişdi.O, Azadın qazandığı uğurları uzaqdan seyr edirdi.O, heç vaxt ağlına belə gə-tirə bilməzdi ki,Azad belə zirvələrə ucala bilər.Özününsə kiçik rayon qəzetində ilişib qalması ona ağır gəlirdi. Halbuki bir müddət əvvələ kimi bu işdə çalışmasını, özü üçün böyük nailiyyət kimi qiymətləndirərdi.Azadın uğurlarını görmək onun baxışlarının dəyişməsinə səbəb olmuşdu.
Azad məşhurlaşandan sonra Ağakişi onun haqqında çox məlumatlar alır-dı. Onunla görüşmək imkanı isə yaranmırdı.Gözlənilmədən onların görüş-məsinə fürsət yarandı.Hər ikisi müxtəlif illərdə eyni məktəbdə təhsil almışdılar.İş elə gətirdi ki, onların oxuduqları orta məktəbin rəhbərliyi məktəbin 60 illik yubileyni qeyd etmək üçün tədbir keçirməyi qərara aldı.Bu məqsədlə məktəbin məzunları yubiley tədbirində dəvət olundular.Dəvət edilənlər arasında Ağakişi də, Azad da var idilər.Uzun illər bir-birini görməyən köhnə tanışlara görüşmək imkanı qismət olmuşdu.Bu görüş necə olacaqdı? Ağakişi bu görüşlərinin 30 il bundan öncə olduğu kimi təsəvvür edirdi.Sanki onun üçün bu illər ərzində heç nə dəyişməmişdi.Əslində Ağakişi üçün həyat elə köhnə vaxtlarda olduğu kimi davam etməkdə idi.O özü də, həyatı da az dəyişmişdi.Ona elə gəlirdi ki, elə Azad da həmin o illərdə olan Azaddır.O əvvəlki kimi zavodda fəhlə işləyir və 30 il əvvəl olduğu kimi gülə-gülə gəlib onunla görüşəcək,hətta ona minnətdarlığını da bildirəcək.Lakin Ağakişinin bu gözləntiləri özünü doğrultmadı.Çünkü Azad artıq əvvəlki Azad deyildi.O yaşa dolmuş, özünə uğurlu karyera quraraq ölkədə tanınmış bir qələm adamına çevrilmişdi.O bu qədər tədbir iştirakçıları əhatəsində Ağakişiyə tərəf qaçıb onunla sevincək görüşə bilməzdi.O daha heç kəsin tanımadığı , zavodda fəhlə işləyən Azad deyildi.Belə hərəkət ona yaraşmazdı.İndi Ağakişinin ona ayrı cür münasibət göstərmək zamanı yetişmişdi.Xəyalları keçmişdə, onun üçün xoş olan keçmişdə qalmış Ağakişi isə bunları anlayıb qəbul etməyə qadir deyildi.Bu səbəbdən də özünü çaşqınlıq içində hiss edirdi.Nə edəcəyinin bilmirdi.
Tədbirdə bir çox qonaqlar Ağakişiyə yanaşıb hal-əhval tutdular.O rayonda tanınan jurnalist kimi bu cür diqqətə adət etmişdi.Amma Azad sanki Ağakişini görmürdü.Heç onun tərəfə baxmırdı da.Tədbir iştirakçıları-nın əksəriyyəti bu rayonda yaşayıb,burada işləyən adamlar idilər.Azadsa Bakıda yaşayırdı və Bakıdan tədbirə gələn yeganə qonaq idi.Bakıdan gəl-miş və tanınan jurnalist olduğu üçün tədbir iştirakçıları Azada xüsusi diqqət göstərirdilər.Azad qonaqların əhatəsində nə isə danışır Ağakişiyə heç bir məhəl qoymurdu.Ağakişiyə təsir edən də bu idi.Bir vaxtlar əlində yazdığı məqalə ilə onun kabinetinə gələn yeniyetmə indi onu görmürdü.O tanınmış bir adama çevrilmiş və Ağakişini öz kölgəsində qoymuşdu.Ağakişi isə ona baxanda yalnız bir zamanlar gördüyü yeniyetmə oğlanı görmək istəyirdi.İndiki real Azadı isə tanıya bilmir, görmək istəmirdi.İstəyirdi ki, o yenidən həmin təcrübəsiz oğlana çevrilsin.Gəlib gülə-gülə ona yanaşsın.Hamı bunu görsün.Ağakişi onun üzərində öz üstünlüyünü bir daha hiss etsin.Lakin bütün bunların heç biri baş vermirdi. Çünkü həmin yeniyetmə Azad çoxdan yox olub itmişdi.O Azad yalnız Ağakişinin xatirində ilişib qalmışdı.
Ağakişi özü də Azada birinci yaxınlaşa bilərdi.Lakin daxilindəki təkəbbür, qürrə buna mane olurdu.İstəyirdi Azad özü ona yaxınlaşsın.Eyni ilə 30 il əvvəl olduğu kimi.Azadsa bunu etmirdi.Heç etmək fikri də yox idi. Ağakişi buna görə qəlbində Azadı lənətləyirdi.Üzdəsə qonaqlarla söhbət edir və özünü elə göstərməyə çalışırdı ki, sanki bütün bunlar onun heç vecinə də gəlmir.
Ağakişi tədbirdən qanıqara qayıtdı.Səhəri gün tanışlarına Azadın necə kobud, lovğa, təkəbbürlü olmasından ağızdolusu gileyləndi.Onun tutduğu mövqeyə layiq olmadığını,bu mövqeyə yalnız qohumluq əlaqələri hesabına çatmasını elan etdi. Azadı öz tanışları arasıda nüfuzdan salmağa çalışdı.Bütün bunlar mənasız həm də zərərli nəticələrə gətirirdi.
Lazımsız əsəb gərginliyi, mənəvi ağrılar,narahatlıqlar, qəzəb hissi onu yorub əldən salırdı. Bu ağrı və anlaşılmazlıqdan yalnız bir çıxış yolu var idi. Bu da köhnə təəssüratlarını bir kənara ataraq adamlara yeni nəzərlərlə baxmaq, onlara yanaşmanı dəyişməklə tamam yeni münasibətlər qurmaqdan ibarət idi. Bu dəyişiklər həyatın tələbi idi.Əgər Ağakişi bunu etməyi bacarmasa, yaxud icra etmək istəməsəydi həyat özü vercəyi əzablarla onu cəzalandıracaqdı.Çünkü həyat keçmiş təəssüratlarının buxovlarında ilişib qalanları xoşlamır.
1oktyabr 2024-cü il.
Yazıya 50 dəfə baxılıb