Bu günlərdə “Tovuz” qəzetinin nəzdində “Bu da ömrün 85-i” adlı dərgi çapdan çıxdı.
“Tovuz Xeyriyyə Cəmiyyəti”nin təşəbbüsü ilə işıq üzü görən dərgi görkəmli şair, yazıçı Məmməd İsmayılın 85 illik yubileyinə həsr edilib.
Dərgidə yubilyarın qələm dostlarının, ailə üzvlərinin xatirə yazıları, təbrikləri və Məmməd İsmayıl yaradıcılığından seçmələr yer alıb.
“Elm və təhsil” nəşriyyatında çap olunan dərginin ideya müəllifi “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasov, redaktoru Musa Ələkbərli, tərtib edəni İradə Aytel, dizayneri isə Vüsal Ağayarovdur.
Yazıya 38 dəfə baxılıb