Bu günlərdə yazıçı-şair, publisist, Azərbaycan Yazıçılar Birliyi Gəncə Təşkilatının məsləhətçisi Aləmzər Əlizadənin “Eşq haqqı” adlı kitabı çap olunub.
Cənubi Azərbaycanda işıq üzü görən şeirlər toplusunun tərtibatçısı və naşiri tanınmış yazar Əli Aslanidir. Naşir “Eşq haqqı”nın Aləmzər Əlizadə yaradıcılığına olan oxucu sevgisindən və oxucu tələbatından doğulduğunu qeyd edir.
Xatırladaq ki, Azərbaycan Ədəbiyyatında müstəsna rolu olan Aləmzər Əlizadənin yaradıcılıq nümunələri mütəmadi olaraq Cənibi Azərbaycanın müxtəlif mətbu orqanlarında nəşr edilir.
Yazıya 87 dəfə baxılıb