QIRĞIZISTANDAKI “BİRLİYİN” DAĞIDICI FUNKSİYASI

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin siyasətinə Dəstək fondunun prezidenti, Qırğızıstan Respublikasının “DOSTUK” ordeni mükafatı laureatı Nüsrət Məmmədov öz “Facebook” səhifəsində “ maraqlı status paylaşıb. Həmin Statusu olduğu kimi dərc edirik:

“Ura! Qırğızıstandakı Azərbaycan diasporu yeni “nailiyyətlərə”, “uğurlara” imza atıb. Belə ki Xansıvarın başçılıq etdiyi diaspora özündən başqa 4 saqqallıdan ibarətdir. İndi Qırğızıstanda olan Azərbaycan diasporunun rəhbəri diasporçuluq tarixində ən uğursuz diaspor rəhbəridir. İnanıram ki bəzilərinin səyi nəticəsində yaxın vaxtlarda Xansıvar Baxşəliyev orden, medal da alacaq. Çünki Qırğızıstandakı 20 minlik azərbaycanlıların taleyi onun heç vecinə də deyil. Azərbaycanlıları parampaça edib. Ay başbilənlər, yəni başda duranlar, bu Xansıvara başa salın ki dəvət olunan tədbirlərə özündən başqa 4 saqqallı ilə yox, seçilmiş və çox Azərbaycanlılarla getmək lazımdır. Əgər dəvət edən tərəfin kimsə xoşuna gəlmirsə onlara şərt qoymalıdır ki diaspora rəhbəri mənəm, burada yaşayan Azərbaycanlıların yaxşısı da, pisi də mənimdir. Yəni hər daim, şəxsi maraqları üçün, kiminsə qarşısında əyilərək özünü yaxşı göstərmək lazım deyil. Ən azından bu kişilikdən deyil. Bu sözü deyə bilməyən adamdan diaspora rəhbəri olmaz. Bəsdir, öz maraqlarınız üçün, onun bunun qabağında əyilərək bizləri parçaladığınız. İşləyə bilirsiniz- işləyin, işləyə bilmirsiniz, azca da olsa milli ruhunuz varsa – könüllü olaraq rədd olun! Gözə kül üfürərək, görüntüdən ötrü tədbir keçirib başda duranları və bizi aldatmayın. Bezdirməyin Qırğızıstanda yaşayan Azərbaycanlılarımızı. Rədd olub gedin. Artıq sizin bacarıqsızlığınız göz qabağındadır.

Birincisi, siz əvvəlcə diaspora sözünün mənasını öyrənin. Diaspora – səpələnmiş deməkdir. Diasporun rəhbəri həmin səpələnmişləri toplamağı bacarmalıdır. Siz isə az da olca olan toplumu tam dağıtdınız.

Biz, Sadır Nurqojoyeviçin Prezidentliyini dəstəkləyirik. Yeni Prezident seçkilərində onun namizədliyinə səs verəcəyik. Siz, parçaladığınız bu diasporla kimə səs verəcəksiniz? Yoxsa, yenəmi saxta sloqanlarla insanları aldadacaqsınız ki filankəs sizin dəstəyinizlə deputat olub? Azərbaycana qarşı təhdidlər var. Hansına cavab vermisiniz? Yalandan özünüzü gözəsoxmaq siyasətindən əl çəkib işlə məşğul olun. Yaşadığımız dövlətin prezidentinin, tarixi vətənimizin Prezidentinin yanında olmaq hər birimizin borcudur…”

Yazıya 78 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.