Qənirə Paşayeva haqqında düşüncələrim – Qulu Əlioğlu

Martın 7-sində qısa ömrü ərzində gördüyü heyrətamız və böyük işləri ilə bütün Türk Dünyasını özünə heyran qoymuş, Türk Dünyasının sevimli, məğrur qızı, Vətən pərvanəsi, Tomris qeyrətli Millət Vəkilimiz Qənirə Paşayevanın 50-illik yubileyidir. Cənnət Mələyi Qənirə xanımı sonsuz sevgi, sayğı, hörmət , ehtiram və rəhmətlə anırıq. Ruhun şad olsun Qənirə xanım, ruhən qəlblərdəsən, əməllərdəsən, göylərdəsən, zirvələrdəsən Vəkilim!
Qənirə Paşayeva haqqında düşüncələrim!
Bu gün öz bacarığı, istedadı, ictimai-siyası fəaliyyəti, fenomenal bilikləri ilə dünyanı dəyişə biləcək qadınlar arasıda böyük nüfüz sahibi olan Qənirə Paşayevanın simasında əsil Azərbaycan xanımını, böyük Türk qızını görə bilərik. Xalqımızın dəyanətli qızı, millətini və dövlətini canından çox sevən, əsil ziyalı, millət vəkili adını şərəflə daşıyan, böyük Türk sevdalısı, Türkçülük və Turançılıq bayraktarlarından biri, ləyaqətli insan Qənirə xanıma olan ümumxalq sevgisini anlatmağa nə söz yetər nə də sözlüklər. Belə bir sevgini qazanmaq isə hər kəsə nəsib olan xoşbəxtlik deyil. Bu ümumxalq sevgisini Qənirə xanım xalqımıza, dövlətimizə, Türk dünyasına fədakar fəaliyyəti, insanlara təmənnasız xidmətləri, gərgin zəhməti, alın təri ilə qazanmışdır. O, Azərbaycan namınə mübarizənin həmişə ön sıralarında olmuş, hər zaman əldə olunmuş uğurları ilə nəfəs almışdır. Qənirə xanım siyasətdə də, ədəbiyyatda da, insan münasibətlərində də göründüyü kimi olanlardandır. Çünki içində bir eşq var, tanrınun eşqi var, onun missiyası da bu eşqi cəmiyyətdə ölməyə qoymamaqdır. O ölkə siyasətinə ulduz kimi gəldi. Qəfil və parlaq. İnsanlar onu sevməyə başladı, çünki o da insanları çox sevirdi. Her kəs çətin aninda nicatı onda görür, onu axtarir, ona inanırdı, onunla qürur duyur ve ən əsası onu sevirdilər. Respublikamızın bütün bölgələrinde,Türk Dünyasında eləcə də dünyanin müxtəlif ölkəlrində heyranları saysiz-hesabsiz idi.
Qənirə xanım haqqında yüz minlərlə insanların yazdıqlarında, sosial şəbəkələrdə yazılan çoxsaylı rəylərdə Qənirə xanımın milyonlarla insanların sevgisini qazandığının bir daha şahidi oluruq. Bu yazıları oxuduqca görürük ki, Qənirə xanımın bütün fəaliyyəti xalqımıza, Dovlətimizə və Türk Dünyasına xidmətdən ibarət olmuşdur.
Bu yazılardan bir necəsindən sitatlar gətirmək istərdim. Sevimli şairimiz İbrahim İlyaslı: “…2011-ci ildə Türkiyənin Atatürk Universitetindəki çıxışında ağzınacan dolu olan salon Qənirə xanımın həyacanlı, qürurlu, kövrək olduğu qədər də ötkəm səslə dediyi “Azərbaycan Qarabağı işğal altında qalmağını hec bir zaman qəbul etməyəcək və biz birlikdə torpaqlarımızı azad edəcəyik!” nidasını ayaqüstü və sürəkli alqışlarla qarşılayır”.
Qənirə xanımın Türkiyənin 40-dan çox universitetlərində keçirdiyi konfranslardakı çıxışları və şəxsi təsəbbüşü ilə Türkiyənin müxtəlif bölgələrində Xöcalı və Qarabağ parklarının açılışı, qələbəmizin, Zəfərimizin çalınmasında, Türkiyə Dövləti ilə qardaşlığımızın daha da möhkəmlənməsində deyərdim ki, həqiqətən də əvəzsiz xidmətləti olmuşdur. Hec də təsadüfü deyildir ki, Türkiyə prezidenti cənab Təyyub Ərdoğan oz çıxışlarının birində Qənirə xanımın vətən haqqında yazdığı şeirlərindən birini çox böyük sevgi ilə ifa etmişdir.
Türkiyədə yaşayan sevimli yazarımız, jurnalist, xalqımızın qeyrətli qızı Ögeday Nigarın təbrikindən: “… əminəm ki, bu il doğum gününüzü bir fərqli keçirirsiniz. Çünki sənin ən böyük arzun, uğrunda olmazın zülmünü çəkdiyin, səsi olmaq üçün bir gündə xəstə-xəstə 4 toplantıya qatılıb, işğaldan azad edilsin deyə hayqırdığın Qarabağın azad edilməsi idi…”
Şair-publisit öz saf, təmiz qəlbi ilə çox sevilən Ehtiram İlham: “… Sən onsuzda özün üçün yaşamırsan ki. Tək amacın millətinə sevgin, insanlara etdiyin kömək və yaxşılıqlardan dolayı yaşadığın bəxtiyarlıqdır… bu ürəklə yaşayırsan. Bundan belə göpgözəl ömür yaşayasan, səni sevənlər xatirinə…”
Indira Şamsıvarı: ” ….Millətinin hər qayğısının yükünü sevə-sevə həll etməkdən zövq alan, şəhid analarının ahını öz köksündə çəkən, şəhid balalarını bağrına basaraq onların yarasına məlhəm olan Azərbaycan xalqına Tanrıdan pay verilən, Qənirə adlı QƏNİRƏMİZ, XƏZİNƏMİZ, TANRI PAYIMIZ!… “
Hətta deyə biləcəyimiz ən gözəl fikir, sözlər belə onun üçün azlıq edirdı. Qənirə xanım sadə, səmimi, bir körpə qədər saf olmarla bərabər bəşər tarixinin unuda bilməyəcəyi fenomen bir şəxsiyyət, Türk dünyasının qürur abidəsi idi. Onun hər bir uğuru xalqımızın uğuru, dövlətimizin inkişafı demək idi. Böyük siyasi fəaliyyəti ilə yanaşı böyük alim, yazar, həm də sözün həqiqi mənasında əsil müəllim idi. Müəllifi olduğu kitablarında, çoxsaylı konfranslarda, tələbə və şagirdlərlə görüşləri zamanı etdiyi cıxışlarında bir mənəviyyat, İNSANLIQ MƏKTƏBİ yaratmışdı. Bu məktəbdə gənclərimizə üzləşdiyimiz problemləri anladır, onlardan çıxış yollarını göstərir, tələbələri daha çox öyrənməyə, savadlı olmağa çağırmışdır.
Bir Millət Vəkili, Mədəniyyət Komitəsinin sədrı kimi də fəaliyyəti əvəzedilməz olmuşdur. Qənirə xanıma müraciət edənlərin onun seçici olub-olmamasından asılı olmayaraq çoxlarının problemlərinin həlli olunması üçün əlindən gələni etməyə çalışmış, yüzlərlə xəstələrin müalıcəsi və əməliyyatı ücün etdiyi müraciətlər öz müsbət həllini tapmışdır. Bütün bunlar isə onun fəaliyyətinizin çox kiçik bir hissəsidir. Qənirə xanım varlığı ilə, istedadı ilə, hec kimin bacara bilməyəcəyi fədəkar fəaliyyəti ilə Azərbaycanımızı, Türk xalqlarını Dünyaya tanıtmış və şəxsiyyəti ilə tariximizi zənginləşdiırmişdir!
Qənirə xanımın “Ana” seirindən: …Tonqala atılan Jannadan,
Vətən uğrunda Kirin başını kəsən Tomrisdən, İsgəndərə ədalət dərsi kecən Nüşabədən,
Sevgi şəhidi Leylidən Daha şox yaşadım, ana! Amma nə Tomris ola bildim,
Nə Nüşabə, nə Janna.
Leyli də ola bilmədim, ana…
Əslində isə Qənirə xanım qısa ömrundə müasir dövrümüzün Jannası da, Tomrisi də, Nüşabəsi də olmaqla yanaşı Türk Dünyasının asenası da oldu!!!…
Milli Məclisin deputatları arasında hamıdan çox xalqın yanında görünən millət vəkili idi. Şəhid məzarlarının başı üstündə ürək ağrısı ilə dayanıb Şəhid analarını bağrına basan, Şəhid xanımlarına təsəlli verən, Şəhid balalarına qayğı göstərən, müharibə veteranlarına, müharibə əlillərinə səmimi bir diqqət və ehtiramla yanaşan, Azərbaycan əsgərinə öz qardaşı, öz övladı kimi baxan QƏNİRƏ PAŞAYEVA… Bu ad çoxlarının ürəyində ümid qığılcımı, sevgi ünvanı kimi daim əziz tutulur.
Nə qədər yazsaq da öz fəaliyyəti ilə Milli Məclisin deputatı necə olmalıdır etalonunu yaratmış Qənirə Paşayevanın bütün fəaliyyətini açıb göstərməkdə qələm acizdir. Qənirə xanım xoş auraya malik gözəl insan, əsl övlad, alovlu vətənpərvər, bir sözlə çox bacarıqlı, qabiliyyətli və ləyaqətli Vətən övladı idi. Qənirə xanimin bir Millət Vəkili kimi fəaliyyəti, Vətəninə,Türk xalqlarına olan sevgisi , seçicilərinə olan qayğısı, təkcə Azərbaycanda yox bütün Türk Dünyasında ona o qədər nüfuz qazandırmışdır ki, Azərbaycanımızın bütün bölgələri ilə yanaşı, imkan olsaydı bütün Türk dünyasının insanları da özlərinin Vəkilləri olmasını arzulayardılar. Türkiyədən dəyərli əfəndimiz TC İbrahim Kulsancarın fikirlərini əlavə etmək istərdim: 1. Qənirə xanım Tüklüyün yaşayan asenasıdır. 2. Türkiyə və bütün Türk ellərində, Turanda hər kəs Qənirə xanımı Türklüyün parlayan ulduzu və öz təmsilçısi kimi qəbul edir.
Qənirə xanım rəsmi olaraq Tovuz rayonunda 105 saylı seçki dairəsindən Millət Vəkili seçilməsinə baxmayaraq bütün dairələrin insanlarından çoxları onu özünə yaxın bilmiş, bir Millət Vəkili kimi ona daha cox inanmışlar. Qənirə xanım da yorulmadan, usanmadan insanların qayğı və problemlərini dinləmiş, bacardıgı qədər bütün insanlara kömək etməyə çalışmış və çoxlarına da nail olmuşdur. Bir Millət Vəkili kimi Qənirə xanımın Qarabaq həqiqətlərinin dünyaya çatdırılmasında, AŞPA da etdiyi çıxışları, Şəhid ailələrinə, şəhid analarına, qazilərə, fiziki qüsurlu insanlara olan qayğıları, Türkiyənin bütün diyarlarında, Azərbaycanda univesitetlərimizdə kecirdiyi konfranslarda, orta məktəblərdəki görüşlərində ürək yangısı ilə etdiyi cıxıslar, gənclərə verdiyi tövsiyyələr və s… saysız-hesabsiz, saymaqla qurtarmaq bilməyən cox dəyərli isləri, fəaliyyəti birliyimiz üçün bir fəalıyyət proqramıdır.
İki idealist müəllimin ailəsində böyüyən, tərbiyyə alan, hələ 20 yaşı tamam olmamış siyasi jurnalistikaya gələn Qənirə xanım gerçəklikləri çatdıraraq insanlarımızın hadisələrə düzgün mövqe tutmasına çalışımış, Millət Vəkili kimi, AŞPA-da nümayəndə heyyətinin üzvü kimi dövlətimizin daha güclü olması üçün, Türk Dünyasının birliyi üçün fədakarlıqla fəaliyyət göstərmişdir. Asiya Parlament Assambleyasının Sosial və Mədəniyyət Komitəsinin sədri, Assambleyanın sədr müavini, Milli Məclisin Mədəniyyət Komitəsinin sədrı kimi də Qənirə xanımın fəaliyyəti əvəzsizdir. Onun olduqca zəngin və olduqca gözəl daxili aləmi, daxili gözəlliyi, özü boyda ürəyi var idi. İnsan yəni bu qədərmi səmimi, mehriban, nəcib olar? Allahın Azərbaycan xalqına, Türk Dünyasına lütfi idi, ömrünü milllətinin, vətənini yolunda şam kimi əridən əvəzsiz insan, bir sözlə əsil möcüzə idi Qənirə xanım!
Siyasi elmlər doktoru, AMEA-sının professoru olan Qənirə xanim gördüyü işlərin rəngarəngliyi, çox şaxəliliyi, istedadı ilə elmdə də, siyasətdə də, ədəbiyyatda da, insanlara olan sevgisində də özünü çox fərqli şəkildə biruzə vermişdir. Bu keyfiyyətlər Qənirə xanımın müxtəlif sahələri əhatə edən yazılarında, kitablarında da özunu təsdiq edir.
Kitab rəfimdə sevərək saxladıgım və təkrar-təkrar oxumaqdan doymadığım sevimli Millət Vəkilimiz Qənirə Paşayevanın illər ərzində “Parkbulvar”da, “Kitabevim” də, “Azərkitab”da keçirdiyi kitab təqdımatlarında iştirak edərək imzası ilə əldə etdiyim çox qiymətli kitablarının bir çoxları vardır. Bu imza günlərində Qənirə xanım xeyriyyə aksiyaları keçirərək kitablarından əldə etdiyi gəlirlərin hamısını maddi imkanları aşağı olan ailələrə, əməliyyata ehtiyacı olan insanlara verirdi. Bu kitablarında Qənirə xanımın üzləşdiyi, yaşadığı, şahidi olduğu bir sıra həyat hekayələri, esseləri, məqalələri, paylaşdığı fikirləri, özü etiraf etməsə də bir şairə kimi yazdığı gözəl şeirləri yer alıb, öz daxili dünyasına səyahət edən bir insanın düşüncələri toplanıb. Kitablardan məqsəd maddi dəyərlərə maragın getdikcə artdığı bir dünyada insanları mənəviyyata, həyatın mənasını daha geniş düşünməyə, anlamağa, paylaşmağa çağırmaqdır.
Butun kitablarının hamısını əldə edə bilməsəmdə Qənirə xanımın bildiyimə görə 40-dan artıq kitablarının hər biri gənclərimiz, tələbələrimiz, şagirdlərimiz üçün bir dərslikdir. Bu dərsliklərdə Qənirə xanım böyüklüyün, saflığın, mərdliyin, mərhəmətin, cəsarətin, cəsurluğun nə demək olduğunu öyrədən bir mənəviyyat, insanlıq məktəbi yaratmışdir. Orta məktəblərdə, universitetlərdə tələbələrlə görüşlərində, xarici şəfərlərində kecirdiyi konfranslarda yüzlərlə kitablarını hədiyyə etmiş, gənçlərimizi daha çox öyrənməyə, bilikli, savadlı, vətənpərvər olmağa, tatiximizi dərindən öyrənməyə çağırmışdır.
Qənirə xanımın “Özümə yolçuluq” silsiləsindən yazdığı “Hesab vaxtı”, “Məndən sonra”, “Səndən sonra”, “Allah sevən qəlblərdədir”, “O” və “Səni Allaha eşq götürür” adlı kitablarında “gördüklərim, oxuduqlarım, öyrəndiklərim, tanıdıqlarım, yazdıqlarım” deməklə bir Millət Vəkili, bir siyasi elmlər doktoru kimi deyil, “O”-nunla olan və “özünə yolçuluğa çıxan” bir insanın, bir yolçunun həyata baxışlarını ortaya qoyur. Hökm yox, sadəcə “öyrən, dərk et, yadda saxla” mesajları kimi oxunur, öyrədir, dərk etdirir, yaddaşa köçürür. Ağır sinaqların, cətin imtahanların asan yolunu tapmağa kömək edir.
“Dünyanı dəyişən alimlər” kitabında b. e . ə. yaşamış Miletli Falesdən çağdaşımız Stiven Hokinqə qədər 50 böyük alimin həyat və yaradıcılığı haqqında oçerklər toplanmışdır. “Nobel mükafatlı qadınlar” kitabında 1903-2009-cu illərdə Nobel mükafatına layiq görülmüş 36 qadın laureatın ömür yolu, elmi fəaliyyəti, yaradıcılığı haqqında yığcam portret-oçerklər verilmişdir. Bu kitabını Qənirə xanım anası Tehran xanıma – öz müəllimlik fəaliyyəti dövründə çox saylı kimyaçı yetişdirmış Tehran Nağıyevaya itraf etmişdir. Anam mənə kimya elmini məhz Mariya və İren Küri adlı iki qadının, ana-balanın həyat hekayəsi ilə sevdirmişdir.
Üç cilddə nəşr olunmuş “Tarixə adını yazan qadınlar” kitabında isə müxtəlif fəaliyyəti sahələrində böyük işlər görmüş, “ilk”lərə imza atmış, tarixin müxtəlif dövrlərində yaşamış dünyaca ünlü 100 qadının həyar və fəaliyyətləri haqqında məqalələr toplanmışdır.
Ən maraqlı kitablardan biri də Qənirə xanımın Azərbaycanin müasir ədəbyyatında epistolyar janrda yazılmış azsaylı əsərlərdən biri olan “Onun sevgi məktubları” adlı romanıdır. Real hadısələr üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nağıl olunan sevgi hekayələri qədər gerçəkdir. Bu gün daha çox sevgidən yazmağın vacibliyini izhar edən Qənirə xanım “Onun Sevgi məktubları” kitabında özünün də qeyd etdiyi kimi, sevginin insanı necə ucaltdığını göstərmək istəyib. “Çox istərdim ki, gənclər bu kitabı iki insanın bir-birinə olan sevgisi kimi yox, onun içərisindəki daha dərin mənaları kəşf edərək oxusunlar.” Qənirə xanım ücün bəşəri müstəvidə sevgi öz aktuallığını qoruyub saxlayır, təravətini itirmir.
“Sevgidən Eşqə” kitabında Qənirə xanim bildirir ki, İnsan bəzən elə bir eşqə tutulur ki, özünü özündə başqasının əmanəti kimi hiss edir. Ən qiymətli əmanəti kimi… Heç kimsənin toxunmasına izin verməz. Hətta özünün də… “Onun sevgi məktubları”, küskün, həzin düyğulu şeirlələ zəngin olan “Səndən sonra” və “Məndən sonra” əsərlərini yazaraq sanki taleyini köçürmüşdü bu əsərlərə Qənirə Paşayeva.
“Saglamlığın öz əlində” kitabında isə Qənirə xanım bir həkim kimı insanlara tibbi marifləndirmə sahəsinin ən vacıb məsələlərdən biri olduğunu və bununla da cəmiyyətimizin bir çox xəstəliklərlə daha təsirli mübarızə aparmağın yollarını göstərir.
Qənirə Paşayeva və İmdat Avşarın birlikdə hazırladıqları “Qarabağ hekayələri” adlı kitabda yer alan hekayələrdə Xocalı Soyqırımı, işqal olunmuş Azərbaycan torpaqları və öz dədə-baba torpaqlarından qovulmuş bir milyon azərbaycanlıların həyatından bəhs olunur. “Qənirə Paşayevə ilə addım-addım” silsiləsindən yazdığı kitablar və yazılar da dünya xalqlarının mədəniyyəti və tarixini öyrənmək baxımından çox faydalıdır.
Düşünürəm ki, fərqli davranışları, cəsarəti, savadı, digər üstün cəhətləri ilə Qənirə xanımın etdiklərindən artığını edə bilmək sadəcə mümkün deyil. Qənirə xanımın bacısı Kəmalə Paşayevanin müsahibəsindən: “…Əslində bu qədər az istirahət etməsi, yatmaması və qida rejimi məni, anamı umumilikdə bütün ailəmizi narahat edən məsələlərdən biridir. Nə qədər desək də onun bu xarakterini dəyişə bilmirik, irad tutsaq da boşuna gedir. ABŞ-a uçarkən onunla birgə olan tanışım deyir ki, həmişə mənə inandırıcı gəlmirdi ki, Qənirə xanım bu qədər işi tək edə bilər? Amma 12 saatlıq uçuş zamanı mənim bir neçə dəfə yatmagıma baxmayaraq nə vaxt oyandımsa gördüm ki, Qənirə xanımın əlində komputer var və durmadan nəsə yazıb, oxuyur. Nə yemək yeyir, nə də dincəlir.” Qənirə Paşayevanı Allah xüsusi olaraq vəzifələndirib, bu dünyaya göndərimişdı, Ulu Tanrının insanlara, yer üzünə göndərdiyi bir Mələk, varlığı ilə bir möcüzə idi. O, bütün insanları, bütün Türk Dünyasını bir ana kimi qoruyurdu. O, torpağın harayı, xalqının haqq səsi, duyğu və düşüncələrinin insanı idi. Bəzən körpə uşaq, bəzən isə illərin yükünü çiyinlərində daşımış ağbirçək nənə olurdu. Oxumağı, mütaliə etməyi sevir və hər kəsə də bunu tövsiyə edirdi. Qənirə xanım dövlətini qalib, xalqını azad və bəxtiyar, Azərbaycanı bütöv görmək arzusunda idi. Onun üçün “Mən” yox idi. O, hər zaman, hər yerdə “Biz” olmağı düşünürdü. Yoruldum demədən çalışırdı bu insan. Bəzən heyranlıqla izləyirdim onun iş qrafikini. Bakıdan İstanbula uçur, orada bir tədbirdə iştirak edir, təxminən 4-5 saat sonra görürsən ki, Qənirə Paşayeva artıq Avropa ölkəsindədir. Axşam yatırsan, səhər ayılıb saytlardan xəbər tutursan ki, Qənirə Paşayeva Tovuzdadır, seçiciləri ilə görüşür. Axşam isə görürsən ki, Bakıda hansısa bir tədbirdə çıxış edir.
Qənirə xanım Türk Ədəbiyyatı Vəkfinin başqanı Serhat Kabaklıya “Xocalı alınsın, ondan sonra Tanrı da mənim canımı alsın” demış və Tanrıdan bu diləyi etmişdır. Bu dilək Qənirə xanımın Vətənini, doğma Qarabağımızı öz canından çox sevdiyinin bir daha canlı sübutudur. Qənirə xanımın bu arzusunun dünyadan köçməzdən əvvəl çin olması ən böyük təsəllimiz olmuşdur. O, özündən çox dünyanı, insanlığı sevirdi. Ömrünü buna həsr etdi, daim qaçaraq ən yüksək amallara xidmət etdi və qəfil də bizi tərk etdi. Qardaş Türkiyədə Qənirə xanımın vəfatının anım günləri müxtəlif qurumlarda, Ankarada və Kayserdə qeyd edilmiş, Azərbaycan Yazarlar Birliyinin Türkiyə təmsilçisi İmdat Avşar tərəfindən əsərləri Türk dilinə çevirilərək nəşr edilmiş və Türk Ədəbiyyatı Vəkfi tərəfindən 5-cildlik əsərlərinin təqdimatı olmuşdur. Ankaraqa araşdırmaçı-jurnalist Şəhla Aslanın təşəbbüsü ilə Qənirə Paşayevanın əziz xatirəsini yaşatmaq və onun xidmətlərini əbədiləşdirmək məqsədi ilə kitab hazırlanmış və işıq üzü görmüşdür. Kitabda Türkiyənin elm və təhsil adamlarının, siyasətçilərin, jurnalistlərin və digər tanınmış şəxslərin yazıları yer alıb. Bu yazılarda Qənirə Paşayevanın böyük ictimai-siyasi xadim kim fəaliyyətinə, Türk Dünyasının birliyinə və inkişafına verdiyi töhfələrə, həyat yoluna, gördüyü işlərə dair düşüncələr geniş şəkildə işıqlandırılıb. Bu kitabla birlikdə Qənirə xanımın dəyərli mirası gələcək nəsillərə çatdırılacaq və xatirəsi daim könüllərdə yaşayacaqdır. Kirsehir şəhərinin mərkəzindəki bir parka, eyni zamanda Türk Dünyasının önəmlı şəhərlərindən olan Elagizdə, Hankəndı qəsəbəsi ilə Elagiz şəhərini bir-birinə birləşdirən geniş bulvara “Qənirə Paşayeva” adı verilmişdir. Qənirə xanımın adının əbədiləşdirilməsi, Türkiyədəki və Türk Dünyasındakı Qənirə Paşayeva sevdası, onun ailəsinə və bütün Qənirəsevənlərə böyük bir təsəlli olmuşdur.
Türkün səsi, millətinin aşiqi, vətən sevdalısı Qənirə xanım hər bir Türk yurdu ilə maraqlanır, dərdləşirdi. Vətənimizin, Türk Dünyasının inkişafı, çiçəklənməsi üçün görəcəyi daha çox işlər isə hələ qabaqda idi. Təəssüf ki, aramızdan tez getdi, ancaq bu qısa ömrünə həkim, jurnalıst, şair, siyasətçi, millət vəkili kimi neçə ömür sığdıra bildi. O, ömür payına düşən həyatını şərəflə, ləyaqətlə, əsil vətən təəssübkeşi kimi yaşadı, bütün mənəvi zənginliklərini bu dünyada qoyub getdi. Özü ilə isə sadəcə hər kəsin rəhmət dualarını apararaq ölməzliyə qovuşdu, vətəni, milləti ruhunda, canında, qanında duyanlardan və milyonların qəlbində əbədi yaşayanlardan oldu.

Yazıya 41 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.