Şəhla Ramazanqızı – Ayın qulağına pıçılda eşqi

shehla

Qayayla çırpınan dalğalar kimi,

Sevgidə inad et, bir damcı sutək,

Ruhumu çək apar cənnət qəlbinə,

Gəlişin xoş olsun şirin yuxutək

 

Götür qanadına mələklər sayaq,

 Uçur bağçaların üstündən məni,

Yazılmış yazıya biz imza qoyaq,

Telim sığallasın zirvədə çəni

 

Ayın qulağına pıçılda eşqi,

 Qoy o da hər yerdə desin, danışsın.

 Günəş də anlasın sevmək necədir,

Ömrün hər çağında yansın alışsın

 

Cənnətdən yayılan nəfis qoxutək,

 Ruhuma əbədi hop gəl nəhayət.

Bütün günahlardan, dərddən, təklikdən

Əbədi olaraq qop gəl nəhayət

Yazıya 964 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.