Etiraf edirəm ki, mən asılıyam. Bütün həyatım boyu bu asılılıq davam edib. Uşaqlığımdan bəri. Mən asılı olduğuma görə utanmalıyam, amma utanmıram.
Mən sadəcə kitab mağazasına qayıdacam. Kitabxanaya qayıdacam. Sonsuz növbəsi olan elektron kitablarımın arasına dönəcəm. Dolu rəflərimin arasına qayıdacam.
Onlar məni tanıyır və sevirlər. Burda mənə lazım olan hər şey var. Mən niyə dayanmalıyam?
Bəs siz niyə başlamırsınız? Siz çox oxuduqca həyatınız da dəyişəcək. Bu belə baş verir…
Siz uğursuzluqlardan, stressdən və sıxıntıdan qaçmağın ən rahat yolunu tapacaqsınız
Alkoqola və dərmanlara üz tutmağa ehtiyac yoxdur. Pulunuza qənaət edin. Kitab oxumağa başlayın. Kitabxanalarda keçirin boş vaxtlarınızı. Başqa dünyalara baş vurun. Obrazların həyatını yaşayın. Bu daha ekonomikdir, daha sürətlidir.
Kitab oxuyan adama kim yuxarıdan aşağı baxar?
Siz ailənizin olduğunun fərqinə varacaqsınız
Bilirəm sizin valideynləriniz, qardaşınız, bacınız var, üstəgəl xeyli xala, bibi, əmi, dayı…
Bəlkə də yox.
Bəlkə siz bu dünyada özünüzü ən tənha biri kimi hiss edirsiniz? Tərk edilmiş.
Siz həqiqətən təksiniz, yoxsa özünüzü tək hiss edirsiniz, fərq etməz, yaxşı oxucu olmaqla siz özünüzə qohumlar tapacaqsınız.
Bu bəşəri, tamamilə açıq və həqiqətən çox gözəl ailədir.
Bu oxucular ailəsidir. Kitabsevərlər. Ədəbiyyat narkomanları. Kitabxana xəstələri. Sən bizlərdən biri olduqdan sonra dünyanın hər küncündə bir doğma qəlbə qovuşacaqsan. Bizim ailədə bir-birini tanımaq üçün bir gizlin işarədən istifadə olunur. Sadəcə kitab götür və oxumağa başla. Tələb olunan budur.
Biz səni görəcəyik.
Tanıyacağıq.
Bizə ehtiyacın olanda yanında olacağıq.
Siz qlobal məsələlərin bir parçasına çevriləcəksiniz
Kitablar vasitəsilə biz keçmişlə əlaqə qura bilirik. Bundan başqa kitablar mədəniyyətlər, ölkələr, sosial siniflər və qruplar arasında ünsiyyət üsuludur.
Kitablar bizə başqa həyatlara girməyə icazə verir.
Bəli, bu möhtəşəmdir.
Siz heç vaxt başqa biri olmaq, getmədiyiniz yerlərə getmək, öz həyatınızda edə bilmədiklərinizi yaşamaq istəməzdinizmi?
Bütün bunlar kitablarda var. Siz hələ gözləyirsiniz?
Siz yaxşı danışmağı öyrəcənəksiniz
Söz ehtiyatını artırmaq, yazı qabiliyyətini inkişaf etdirmək, qrammatikanı daha yaxşı öyrənmək üçün əvəzedilməz üsuldur oxumaq.
Çox oxuduqdan sonra bir dostunuz sosial şəbəkədə yazdığı statusda qrammatik səhv buraxanda siz gülə-gülə onun səhvini düzəldəcəksiniz. Siz həmişə arzuladığınız kimi, “qrammatika kralı” olacaqsınız.
Siz növbələri, dayanacaqları və gözləmə zallarını sevəcəksiniz
Bu həqiqətən sizin həyatınızda dönüş nöqtəsi ola bilər. Səbirsiz halda bir ayağınızı qaldırıb o birinin üstünə qoyursunuz, dərindən ah çəkirsiniz, qəzəblənirsiniz, narahat olursunuz nəyisə gözləyəndə… bunların əvəzinə sadəcə oxumaq.
Siz cibinizdən, yaxud çantanızdan maraqlı bir kitab çıxarmaqla həm əyləncə, həm ünsiyyət, həm də intellektual stimuliyasiya qazanırsınız.
Siz daha xoş insana çevriləcəksiniz
Bəlkə də siz daha xoş birisi olmaq kimi bir istəyiniz yoxdur, amma ətrafdakılar bunun əleyhinə olmayacaq.
Bəlkə də siz heç vaxt rasizmin, işgəncənin və ya yoxsulluğun qurbanı olmamısınız. Ola bilər ki, siz heç vaxt qarşılıqsız sevgidən əzab çəkməmisiniz. Sizin üçün bəlkə də tənqid etmək şəfqət göstərməkdən daha asandır.
Kitablar bütün bunları tamamilə düzəltməyəcək. Amma mühakimə etməmişdən qabaq düşünmək imkanı yaradacaq. Kitabları oxuduqca siz dünyadakı başqa həyatları da görəcəkisiniz. İndiyə kimi haqqında heç nə bilmədiyiniz həyatlar haqda…
Sizdə daha güclü anlayış hissi yaranacaq. Daha çox maraq. Daha az “biz onlara qarşı” düşüncəsi, daha çox “biz hamımız birlikdə”.
Siz çox şey biləcəskiniz
Siz fantastika oxusanız belə mədəniyyətlər, münasibətlər, tarix, qorxu, insan psixologiyası, ruhun müxtəlif təzahürləri, müharibənin nəticələri, dünyanı işğal edəcək robotlar, suda belə öz plaşlarını quru saxlamağı bacaran super-qəhrəmanlar haqda öyrənə biləcəksiniz.
Çox bilmək istəyirsiz? Elm-kütləvi ədəbiyyat oxuyun. Tərcümeyi-hallar, tarixi, cari hadisələr haqqında kitablar. Zarafat edirəm, gündəlik hadisələr haqda oxumasanız da olar. Onun əvəzinə tarixi ədəbiyyat oxuyun, bu halda siz müasir dövr haqda daha çox öyrənmiş olacaqsınız.
Fəlsəfə. Psixologiya. Memuarlar. “Özün et” kitabları. Siz nəyləsə maraqlanırsınızsa, bu haqda kitablar tapa bilərsiniz.
Siz özünüzdə yaradıcı başlanğıc açacaqsınız
Siz beyninizi təzə informasiyalarla doldurduqdan sonra, nəsə çox gözəl bir şey baş verəcək.
Sizin ağılınız oyanacaq.
Əslində, yaradıcılıq — əlaqələri yaratmaq bacarığıdır. Yaratdıqlarına heyran olduğumuz insanlar məhz əlaqələrin yaradılmasıyla məşğul olurlar. Onlarda geniş məlumat bazası var. Onlar poeziyaya elmə sızmağa icazə verirlər. Onlar inanca və tarixə birlikdə çərənləməyə imkan verirlər.
Yazıya 518 dəfə baxılıb