Cavanşir Muradov — Diri halda kəfənlənmə!!!  

Cavanşir Muradov

Cavanşir Muradov

Bəzən oturub düşünürəm.Mən insanam ağıllıyam.Hər şeyi bilirəm.Yaxşını pisdən pisi yaxşıdan ayırmağı bacarıram.Görəsən həqiqətən insan yaxşını pisdən ayırır?Düzünü desəm mənə bu sual veriləndə həmişə “yox” cavabını verirəm.Rəhmətlik Yunan alimlərindən birinin gözəl bir sözü var-

“İnsan danışan heyvandır”Bu fikri dəstəkləyirəm.Çoxları isə bunun üstə məni danlayırlar…

Tarixdə çox insan qırğını olub.Və insan qırmağın da bir çox yolları olub.İnsanları kütləvi şəkildə qırmağın ən yaxşı yolu müharibədir.Müharibə özüdə iki qismə bölünür:

1)Topla tüfənglə edilən müharibə

2)Mehribancasına edilən müharibə

Topla tüfənglə edilən müharibə artıq aydındır.Əsas mehribancasına edilən müharibədir…

Mehribancasına edilən müharibənin də ən geniş yayılmış 2 növü var:

1)Özünə tabe edərək edilən müharibə

2)Narkomaniya

Tanrı insanı yaradarkən ona ən qiymətli 2 şeyi bəxş etdi:

1)Ağıl

2)Düşüncə…

Hər bir insanda azda olsa ağıl var.Məsələn:bu olmasaydı insan ayaqqabını ayağına yox başına geyərdi

Amma hər insanda azda olsa düşüncə yoxdur.Əgər bu olsaydı insan aciz olmazdı..

Fərz edin ki,həyat bir kəndirdirdir.İnsan isə o kəndirin üzərində hərəkət edən kəndirbaz…Səhv edə bilər…Büdrəyəcək.Amma kəndirin ortasında elə bir səhv edər ki artıq məhv olar…

Gənclər bəli onlar  millətin dayaqıdır.Əgər bir milləti məhv etmək istəyirsənsə onun gənc təbəqəsini-dayağını məhv etməlisən…Bununda ən sadə yolu gəncləri narkomaniya ya cəlb etməkdir…

Ey gənclər!!!Sizdə insansınız.Sizində ağlınız dərrakəniz var… Belə oyunlara aldanmayın…Özünüzü və millətinizi məhv etməyin!!!Uzaq olun zəhrimar narkomaniyadan!!!Diri halda kəfənlənməyin!!!

Yazıya 764 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.