Aynur Ələsgərova — Yazaraq yaşayanlar

10377443_420559428095951_3166220902989823147_n     Get, həyatından bir cümlə yaz görüm , necə yazacaqsan alınacaqmı səndə ? ! Kimisi yaşayar onu ifadə edə bilməz , kimisi yazar amma yaşam tərzi yazdığı qədər deyil , bəzisi heç birindən ,digərlərisə yazdıqları kimi yaşayırlar da. Mən sonuncuları “bəxtəvər” adlandırardım . Həm yaşaya biləsən həm də onu yaza. Yox, dayanın mən yaxşı yaşayış və onun ifadəsindən danışmıram ha , qətiyyən !   Nəyi gördüyündən aslı olmayaraq  onu yazınla verə bilirsənsə , mən səni “ təbrik edirəm”.  Başqasının yardımı da lazım olmaz sənə , özün yaşayıb özün yazıb yüngülləşirsəsə. Baxın , yazmaq qabiliyyəti asand gəlməsin və əgər gözəldisə bu , ən yaxşı sakitləşmə metodunu əldə etmiş sayılırsan artıq. Əbəs yerə demirlər “ danışanda yüngülləşir adam” gör, indi yazanda nələr baş vermir?!.

         Adətən bu qabiliyyət sahiblərinin ətrafında çox adam olmur , dost azlığından şikayətlənər və nə   “ bəla varsa” gəlib tapanlardır onlar.  Burda təəccüblü heç nə yoxdu , çarə özlərində olduqdan sonra o problemi yaşamağa nə var ?!.. Həlli nədir ? çox sadə , gördüklərindən yazırsan bir az da təxəyyülünü işə salıb daha da maraqlı edirsən vəssalam . Çəkilənin ağərlığından aslı olmayaraq , həm özünə kömək , həm digərinə dayaq olursan. Baxır sənə , örnək alır “ mənim kimisi də var” deyib ruhdan düşmür səninlə bərabər düşünməyə başlayır . Yaxşı, “öz vəziyyətinə şükür edir” bunu da yazım. Axı var bizdə bizdən daha pisini axtarıb tapma və onunla təskinlik əldə etmə.  Nə gəlməzsə əlimizdən mütləq  bizdən aşağısını amma mütləq görə bilərik .  Ona yardımçı olmaq məqsədilə deyil məhz baxıb “ Şükür bu günümə” deyə bilməkdən ötrü.  Heç kəsi qınamaq deyil istəyim , məndə də olub ya var yoxdusa olacaq bəlkə də nə vaxtsa …

          Yazaraq yaşayanlar bununla üstündürlər digərlərindən ki , problemlərə nisbətən daha tez qalib gəlmiş olurlar. Lap həll etməsələr də ciddiyə almırlar çoxları kimi . Elələrini  heç nə “ yıxa” bilməz nəinki kimsə ,  buna çalışanlar olmasın qoy!.. yox, əgər varsa, heyf onlara….

Yazıya 676 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.