Aynur Ələsgərova — Səni bilmirəm … (esse)

10377443_420559428095951_3166220902989823147_n

Səni bilmirəm ,amma mən başqa cürəm hamının baxıb tərifləyəcəyi ya özünün örnək götürüb ya da övladına nəsihət  edib bundan öyünməyəcəyim qədər başqa…

Kimsə istəməz mənə bənzəməyi vardır əlbət məndən daha yaxşıları ,üstünləri.. hamıdan fərqlənəcək fərasətlərin yiyəsi də deyiləm heç… yoxdu məndə hər kəsin asanlıqla bacaracağı qəbildən şeylər, gördüyü işlər… Çoxları ağıl verib mən almasam da . İndiyənəcən çoxlarından “düzgün eləmədiklərimi “ eşitmişəm , yollar göstərilib , cığır açanı da olub güya ki … Amma mən dediklərim və yazmadığım onlarla məsələlərə baxmayaraq yenə də başqa cürəm .. Əhəmiyyət verməyəcək yaxud fikir versəm  də nə dəyişəcək qədər başqa …

       Vardır mütləq , hərəsindən mənə deməli olduqları bir-iki kəlmə, yönləndiriləsi istiqamət.. Yaşamağın yolları, əziyyətin asandlaşdırılması, problemlərdən qurtuluş vardır, heç olnasa yarısında vardır bunlar… Tapılmayan cavablı suallar zamanı hara getməliyəm, kimlər bu işlə məşğuldu , hər çətinlikdə müraciət edəcəyim kəslər… Baxsam amma yaxşı baxsam ətrafimda taparam özü də az yox bir neçə nəfər …. Xüsusi  təyin olunmuşlardı onlar və ya mənə elə gəlir…

     Səni bilmirəm ,  az-çox əlimdən nəsə gəlir özümə görə… Amma heç kəsi qane etməyib , mənasız kimi görünən “nəsə”di o.  Məsələn təqdir etməzlər həmin “ nəsə”yə görə məni , tərifləməzlər… yox , tərif qalısn o yana axı dedim heç görməzlər də…

         Yaşamağı bilmirəm , elə deyirlər , peşmançılıq və məyus olmaqdan savayı bir şey deyil hamısı .hə , bir də deyirlər ki ,öyrənməli çox şeyim var ya da bildiyim az şey..

             Yalnız yatsam yuxuda görəcəyim o qədər hadisələr varmış demə .. Soruşsam güləcəkləri, araşdırsam qarşıma çıxmayacaq hadisələr…  Uzaqdırlar  o qədər yəni yuxuda görəcək qədər uzaq…

          Bəs səndə necədir  vəziyyət ?

         bax, səni bilmirəm…      .

Yazıya 621 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.