Kitab təqdimatı — Elşən Əzim “İllərin o tayı”

10172597_642600279156002_8076803674430514580_n   13 dekabr saat: 14 00-da Gəncə şəhər mərkəzi kitabxanasında AYB Gəncə filialının təşkilatçılığı ilə şair-publisist Elşən Əzimin “İllərin o tayı” şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.

Tədbirdə maraqlı çıxışlarla yanaşı müəllifin şeirlərindən nümunələr səslənəcək, sözlərinə bəstələnmiş musiqilər ifa olunacaq.

Qeyd edək ki, Elşən Əzim 1975-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Gəncə Dövlət Universitetinin filologiya fakültəsini və Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsini bitirib. “Könlümə yağan yağış”, “Yuxu danışıram” və “İllərin o tayı” şeirlər kitablarının müəllifidir.

Bütün maraqlananlar sazlı-sözlü tədbirə dəvətlidirlər.

Təşkilatçı: AYB Gəncə filialı

Yazıya 824 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.