Bir qız əyləşibdir sahildə bu gün,
Gözündən axan yaş qəlbi dağlayır.
Deyəsən olubdur bəxtinə küsgün,
Dəniz kənarında bir qız ağlayır.
Gözünə baxıram, gözləri nəmli,
Üzünə baxıram, bir dərd sitəmli,
Bəlkə də olubdur taleyi qəmli,
Dəniz kənarında bir qız ağlayır.
Həyatın min cürə zoruna düşüb,
Boranına düşüb, qarına düşüb,
Yəqin vicdansızın toruna düşüb,
Dəniz kənarında bir qız ağlayır.
Sanki bir çiçəkdi yaz həvəsində,
Dərdləri oxunur incə səsində,
Nifrətdən bir iz var hər nəfəsində,
Dəniz kənarında bir qız ağlayır.
Payız yarpağı tək solub, saralıb,
Dənizə baxaraq xəyala dalıb,
Bəlkə də arzusu qəlbində qalıb,
Dəniz kənarında bir qız ağlayır.
Deyəsən əbədi yatmaq istəyir,
Özünü dənizə atmaq istəyir,
Bu sərt dalğalarda batmaq istəyir,
Dəniz kənarında bir qız ağlayır…
BİR BƏND ŞEİR
Yenə də dilimdən asılıb sözlər,
Danışsam, qopacaq dilimdən bir-bir.
Nəyi ki veribdir mənə bu həyat,
Öləndə alacaq əlimdən bir-bir.
***
Bəxtimə dərdləri yazıbdır Allah,
Mən kiməm? onları düzəldəm, pozam.
Gördükdə həyatın ədalətini,
Məcbur qaldım ona bir şeir yazam..
***
Razıyam yaşayım dərd ilə bahəm,
Ya Rəbbim, yaxına qoyma namərdi.
Namərdin etdiyi yaxşılıqdansa,
Özüm mərd əlindən çəkərəm dərdi.
***
Elə ki yaşayıb bitirdin ömrü,
Öldün.bu həyatın davamıdır o.
Allah qoymaz səni tək darixasan,
Tənha adamların adamıdır o.
***
Şair qələm alıb əlinə yenə,
Yatmayır, gecəni qatıb gündüzə.
Bizə hər bir şeyi bəxş edən ALLAH
Nədənsə, sevinci çox gördü bizə.
***
Çalış alnıaçıq sür bu həyatı,
Yaşa öz ömrünü sükut içində.
İstərsən nökər ol, istərsən ağa,
Sonda olacaqsan tabut içində…
SƏNSİZ
Bir vüsalın həsrəti,
Məhv edir məni, sənsiz.
Yoxluğundur gətirən,
Saçıma dəni, sənsiz…
Bahar da keçdi, gülüm,
Payız aldı yerini.
Sən getmisən həsrətin,
Qəlbdə saldı yerini…
Sən elə düşünmə ki,
Sənsiz güləcəyəm mən.
Səninlə bir yaşadım,
Sənlə öləcəyəm mən.
Xatırladım keçmişi,
“O”rdan keçəndə səniz..
Ruhunla köçəcəyəm.
İnan, köçəndə sənsiz…
Sənsizlik elə yükdür,
Qaldırammır çiynim də.
Sən yoxsan ki yanımda,
Açılmayır eynim də.
Hər bir yerdə arayır,
Gözlərim səni, səniz.
Getdin, qoydun ömrümdə,
Dumanı, çəni sənsiz…
DÖNƏN DEYİLƏM
Elə bir od qoydun qəlbimə mənim,
Diz çöküb yalvarsan, gələn deyiləm.
Məni tənha qoyub getdin, vəfasız,
Bir daha mən sənə dönən deyiləm.
Xeyri yox dərya tək göz yaşı töksən,
Min bir məhəbbəti qəlbimə əksən,
Sən daxildə şeytan, üzdə mələksən,
Bir daha mən sənə dönən deyiləm.
Qəlbim dərdlər ilə baş alıb gedib,
Gülən gözlərimi yaş alıb gedib,
İçimdən o sevgin boşalıb gedib,
Bir daha mən sənə dönən deyiləm.
Bir zaman sən idin mənə vəfadar,
Gülürdü hər zaman bizə rüzigar
Nə sən günahkar ol, nə mən günahkar,
Bir daha mən sənə dönən deyiləm
Silinsin qəlbindən məhəbbət izi,
İnan ki bu yolun tək budur düzü,
Daha tanımayaq bir-birimizi,
Bir daha mən sənə dönən deyiləm,
Dönən deyiləm…
Yazıya 730 dəfə baxılıb