Pozulmuş əhval-ruhiyyəni yerinə qaytarmağın yolları:
1. Etiraf. İlk öncə keçirdiyiniz emosiyaları özünüzə etiraf edin. Bunun üçün özünüzə, hərəkətlərinizə kənardan baxmağı öyrənin. Bu üsul neqativ emosiyaların dərinləşməsinə mane olacaq, çünki mövcud olduğunuz vəziyyəti etiraf etsəniz , anlasanız özünüzə kömək ola biləcəksiniz.
2. Qida. Stressli olduqları zaman bir çoxları yüksək qida porsiyaları ilə stressin təsirindən qorunmaq istəyir, lakin biz bunu nəzərdə tutmurduq. Tez-tez əhval-ruhiyyəsi dəyişən insanların bir hissəsində qandakı şəkər miqdarı az olur. Bu da özü özlüyündə yorğunluğa, gücsüzlüyə və sonda pis əhval-ruhiyyəyə səbəb olur.
Problemin həllini şirin meyvələr, şokolad kimi ərzaqlarla tapmaq olar.
3. Telefonunuzu söndürün. Yaşadığınız anda hətta sizin heç bir probleminiz olmasa belə, telefondan olan asılılıq artıq gərginliyə səbəb ola bilər. Buna görə də harada olmağınıza baxmayaraq stress keçirtdiyiniz zaman telefonunuzu ən azı bir saatlıq söndürün. Offlayn sakitləşməyinizə səbəb olacaq.
4. İdman. Səhər erkəndən qaçış sizin ümumi halınızı yaxşılaşdıracaq. Gərgin olduğunuz zaman idmanla məşğul olmaq sizin fikrinizi yayındırar, sakitləşdirər və dincliyinizə səbəb olar. İdmanla məşğul olarkən beyninizdə xüsusi kimyəvi elementlər ifraz olunur ki, həmin elementlər qandakı endorfinin səviyyəsinin qalxmasına səbəb olur. Bu cür vəziyyət bədənimizin stressə, çətinliyə qarşı davamlı olmasına kömək olur.
Yazıya 687 dəfə baxılıb