Bahadur Qobustan — Dərviş Parisi partlatdı

bahaa

Dərviş Parisi partlatdı. 10 nəfər ölü və onlarla yaralı al qanına boyandı. Zərbə Parisin yazan və çəkən əlinə tuşlandı. O əllərə ki, dünyanın 2 milyarda yaxın təbəqəsinin dəyər bildiylərini lağa qoyub, peyğəmbərinin karikaturasını milyonlarla tirajı olan qəzetələrində dərc etdirib, dörd bir yana yaymaqla məşğul idi.

Amma kalikaturaya görə insan öldürməyi gözardı etməyənlərə, nə insanlıq baxımından, nə də dini baxımdan haqq qazandırmaq olmaz. Yəqin ki,  “müsəlman” adlanan, bəlkə də çox hissəsi böyük bir oyunun içində olduqlarını anlamayan torroristlər,  kalikaturaya görə insan öldürməyin islam dininə  daha ağır zərbə olduğunu dərk etmirlər.

Bir çox Avropa ölkələrindəki müsəlmanlar, peyğəmbərin karikaturası çəkilən zaman küçələrə axışdılar. Bu olayı pislədilər. Bəs karikaturaya görə öldürülən jurnalislr üçün niyə küçələrə axışmır görəsən bu müsəlmanlar? Axı islama daha böyük zərbə bu hadisədir.

Avropanın qərbindəki ölkələr arasında müsəlmanların ən çoxluq təşkil etdiyi ölkə  Fransadır. Fransada təxminən 6 milyon müsəlman var. Bəs bu 6 milyonun heç olmasa 100 min nəfəri bu hadisəni pisləyərək, etiraz səslərini niyə ucaltmırlar görəsən?! Axı Quranda Maidə surəsi, 32-ci ayəsində    “… kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar.”  deyə buyurlur.

Müsəlmanların bu terrorislərə “Sizin kitabınız Quran deyilmi? Bəs siz hansı kitabı oxudunuz ki, bu jurnalislrəi öldürdünüz” deyib ayağa qalxmasının vaxtıdı məncə.

Nə qədər ki,  müsalmanlar onların dinini terror kimi təbliğ edənlərə qarşı çıxmayacaq, nə qədər ki həmin terroristləri əsl müsəlmanlar cəzalandırmayacaq,  o günə qədər islama teror dini deyənlərin sözü qarşısında heçnə demək olmaz.

Terrorla mübarizəyə ən birinci müsəlman dövlətləri qatılmalıdır. Çünkü hər tərəfli zərbə islam dövlətlərinə və dininə dəyir. Artıq dünyanın harasında kim nə edirsə etsin, haranı parladırsa partlasın, səbəbkar olaraq ilk ağla “müsəlmanlar” gəlir.   Bu gedişlə zəlzələləri, vulkan püsgürmələrini və s şeyləri də islam dininin üstünə atacaqlar.

Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” klassik komediyasında guya Parisin “Dərviş” tərəfindən partladıldığı, əslində isə həmin dönəmdə Parisdə siyasi oyunların getdiyini bilirik. Amma Dərvişin o barıtları partladması ilə eyni zamanda Parisin yerlə yeksan olmasını eşidənlər məsələni Dərvişdən görməkdə biraz da haqlıdırlar.  Bu hekayət bugünki Paris hadisəsi ilə  eyni mahiyyətə gəlir.

Artıq dərvişin “mən sizin bildiyiniz kimi deyiləm, o barıtıları əvvəlcədən ora qoymuşum, mən Parisi partlatmaq iqtidarında deyiləm, belə bir niyyətim də yoxdur deməsi” – lazımdır. Yoxsa hələ çoxları “Dərviş Parisi parlatdı” deyəcək.

 

Daha ətraflı:http://atvxeber.az/news/articles/11329-dervis-parisi-partlatdi
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.

Yazıya 884 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.