Vaqif Bəhmənli — “Belə yaxşıdır” — İMZA GÜNÜ

vaqif behmenli111
28 may Dəmir Yl xəstəxanasının yanı, Puşkin 32 a Ak center 2-ci mərtəbə. Bütün ədəbiyyat sevənlər və oxucular dəvətlidirlər.

Vaqif Bəhmənli – Yüz il sonra

Yoxsa ey içimi yandıran adam,
Ömrünü qiymətli bəxşiş bilirsən?
Pul qoyub özünü donduran adam,
Canının qədrini yaxşı bilirsən!

Qorxdun tükənəsən,ömrü-gün gedə,
Vaxtın acığına bəlkə yatırsan?
Yüz oyundan çıxıb demək indi də
Allahın işinə əl uzadırsan??

Mənəmlik dərsini yaxşı keçmisən,
Bu sevda ha yandan başına gəlib?
Ömür nəşəli mey,bir yel içmisən
Deyəsən yamanca xoşuna gəlib!….

Ayrıdı hər kəsin dünyada malı,
Pay düşüb hərəyə ilk bölgü günü.
Sən şüşə altında rahat yatmalı,
Mənmi çəkməliyəm sənin yükünü?

O yüz il sonranın başqadı rəngi,
Əməlli fikirləş,nə qədər sağsan.
Qanında yaşayan qara xərçəngi
Yüz il sonrayamı aparacaqsan?

Kimin gərəyidir nursuz bəbəklər,
Saçında namərdlik dəni.
Dəqiqmi bilirsən xoflu ürəklə
Bağrında basacaq gələcək səni?

Gələcək,təzədən qalxmaq anında
Sənə bağışlamaz bu nankorluğu
Hara aparırsan soyuq anında
Kini,ədavəti,rüşvətxorluğu?

Sular,bilirsənmi nə gözəl axır,
Qəşəngdi bu günün günəşi,ayı.
Yüz il sonraların dəcəl uşağı,
Səni fışdırığa basmamış ayıl!

Görünür alladıb nağıllar səni,
Gün gələr zəhmətin görərsən gidi.
Şüşədə yaşayan div canı kimi
Ruhunu daşlara çalar bir igid!

Ən ağır yuxud qəflət yuxusu,
Ondansa yaxşıdı rahat öləsən.
İndi yatırsan ki,atom qorxusun
Kitabdan oxuyub sonra biləsən?

Yüz il ötüb keçər,vədə çağında
Hərə bir cilddə dönər,qayıdar
Mən də daş olaram yol qırağında
Adamlar dalınca götürüb atar!!…

Yazıya 680 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.