Xeyrəddin Qocanın yubiley və yaradıcılıq gecəsi keçiriləcək

xqoca

Yanvarın 29-da, saat 19:00-da yazıçı Xeyrəddin Qocanın anadan olmasının 65, yaradıcılığının 45 illiyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində yubiley gecəsi keçiriləcək.

Tədbir Azərbaycan Yazıçılar Birliyinin təşkilati dəstəyi ilə keçirilir.

Yubileyə görkəmli ziyalılar – yazıçılar, elm və sənət adamları, millət vəkilləri, dövlət adamları dəvət olunublar.

Yubiley gecəsində xalq artisti Möhlət Müslümovun bədii rəhbərliyilə Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblı, xalq artisti Mələkxanım Əyyubova, əməkdar artistlər Cabir Abdullayev, Təyyar Bayramov, Babək Niftəliyev, xanəndələr Ehtiram Hüseynov, Güllü Muradova, İlkin Əhmədov, Elnarə Abdullayeva çıxış edəcəklər.

AYB.az

Yazıya 616 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.