-
mən ürək oxuya bilmirəm daha,
kitab oxuyuram, söz oxuyuram.
bir az çəkinəndə, ya utananda,
köhnə əlifbayla üz oxuyuram.varınnan yoxdu var, yoxla uzlaşır,
qar adam yandırır, yanıq buzlaşır,
hamı şəkərləşir, hamı duzlaşır,
dünyanı bir çürük qoz oxuyuram.bir can qoruyuruq, bezlərdə qalır,
düz hanı? deyirlər düzlərdə qalır,
arzular o qədər gözlərdə qalır,
arzu deyiləndə, göz oxuyuram. -
***
-
özüm böyüməmiş gözüm böyüdü,
daha aynalarda çat böyüdürəm.
püfləyə-püfləyə soyuqdan, oddan,
daşa yazılacaq ad böyüdürəm.elə bezmişəm ki, daha hər şeydən…
hər şeyin heçində heçə gülürəm.
bu qədər dərdlərin içində görən,
ağlayıb, sonra da necə gülürəm…?elə bezmişəm ki…bilirsən necə…?
təbəssüm dodaqdan bezdiyi kimi.
bir gəlin qolunu qaldırıb göyə,
uçrumun ağzında süzdüyü kimi.indi…bu şəhərdə mən yetim biri,
bilmirəm nə qoyub, nə axtarıram.
bəlkə gəzdirdiyim can itin biri,
bu canı qoymağa yer axtarıram.nə bilim…guya ki, nə bilirəm ki…?
bəlkə də bir ömrü yuxu görürəm.
karvana hürərlər, köçə hürərlər,
hələ də bilmirəm nəyə hürürəm. -
***
on üç yaşım kimidi buludlar…
yağıb…yağıb sonra uzaqlara,
mənim olmadığım yerlərə axırlar.on üç yaşım kimidi küləklər…
əsib..əsib… sonra bir gilənar ağacının
budaqlarına sarmaşırlar.və on üç yaşım sarılır
budaqlardan asılan küləklərə,
uzaqlara axan buludlara.hər şey on üç yaşım kimi…
hər şeyin heç nəyi kimiyəm
on üç yaşımnan sonra…
Yazıya 889 dəfə baxılıb