Qocalığın başladığı yaş

gunungotosud

30 yaş – insanın ən gözəl yaşlarından biridir. Həm gənclik, həm də ağılın “hakimiyyət”ə keçdiyi yaşdır. Amma alimlər 30 yaşı qocalığın ilk pilləsi kimi qiymətləndiriblər. Qocalığın ilk əlaməti yaddaşsızlıqla başlayır. Bu da 30 yaşdan etibarən özünü göstərir. 

Britaniyanın populyar portallarından biri yaddaşın itirilməsi ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edənlərin 10%-i bildirib ki, 40 yaşdan sonra yaddaşlarını itirməyə başlayıblar. 6% isə iddia edir ki, 30 yaşdan yaddaşlarını tədricən itirməyə başlayıblar.

Sorğu nəticəsində o da məlum olub ki, 50 yaşından yuxarı insanlar yaddaşlarının itirəcəklərindən qorxurlar.

Amerika Milli Neyropsixologiya Universitetindən olan tədqiqatçılar qrupu isə bu nəticəyə gəlib ki, insan orqanizmində ölgünləşmək prosesi 39 yaşdan başlayır. 
Alimlər hesab edirlər ki, qocalıq prosesinin 39 yaşda başlamasına gətirib çıxaran əsas amil əsəb hüceyrələrini zərərli təsirlərdən qoruyan unikal maddə mielinin ifrazının azalmasıdır.
Bundan başqa, amerikalı mütəxəssislər bildiriblər ki, insanlar 39 yaşında ürək-damar sistemi və əsəb sitemində daha çox pozuntular hiss etməyə başlayırlar. Onları dayaq-hərəkət aparatındakı sapmalarla bağlı müxtəlif fizioloji problemlər narahat etməyə başlayır ki, bu da, şübhəsiz, qocalıq prosesinin işə düşdüyünü göstərən amillər sırasındadır.

Yazıya 628 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.