Prinston Universiteti yarandığı gündən bəri ilk dəfə ən böyük xəzinənin sahibi olduğunu açıqlayıb. “Artsbeat”dən verilən məlumatda deyilir ki, nadir kitablardan ibarət kolleksiyanı satın alan universtiet kitabxanası bəlkə də bu ilin ən böyük hadisəsinə imza atmış oldu. Qutenberq Bibliyasının ilk nüsxəsinin də daxil olduğu bu nadir kolleksiyanın ümumi dəyəri 300 milyon dollardır. Kolleksiyaya “Müstəqillik bəyannaməsi”, Şekspirin dörd əsərinin ilk nüsxəsi, Bax, Bethoven, Motsart, Şubert və Vaqner kimi dahi musiqiçilərin əlyazmaları, bəstələri də daxildir. Qeyd edək ki, universitetin tərkibində yerləşən “The Scheide” kitabxanası 1959-cu ildən bəri 1932-ci ildə məhz Prinston Universitetindən məzun olmuş filantropist və məşhur fikir adamı Uilyan Şkeydin evi olub.Alim 1959-cu ildən bəri ailəsi ilə birgə burada yaşayırdı, evin kitabxana hissəsi isə həm də Prinston Universitetinin tərkib hissəsi kimi fəaliyyət göstərirdi. Amma məlum olduğu kimi, Uilyam Şkeyd ötən ilin noyabr ayında 100 yaşında elə məhz həmin evdə dünyasını dəyişdikdən bir müddət sonra ailə Titusvildə yerləşən malikanələrinə köçməyə qərar verib. Mərhum alimin babası, neft mütəxəssisi və kolleksiyaçı tərəfindən 1865-ci ildə tikilən və həmin ildən fəaliyyət göstərən kitabxanaya isə Prinston Universitetinin prezidenti Kristofer Eyzqruber alıcı düşüb: “Bu gün dünyadakı ən nadir kitabların və əlyazmaların toplandığı çox az belə kolleksiya var. Bunun başımın üstündən hansısa universitet və ya ölkəyə daşınmasına imkan verə bilməzdim. Bu, universitet tarixində mühüm hadisədir, biz fəaliyyətimiz dövründə ən böyük və ən zəngin ədəbi xəzinəyə sahib olduq”. Prezident onu da qeyd edib ki, kolleksiya universitet kitabxanasına əlavə edilməyəcək, elə məhz bu malikanədə xüsusi bir guşə kimi qorunacaq və fəaliyyət göstərəcək.
Yazıya 607 dəfə baxılıb