Vilyam Bleyk — Gülən nəğmə

Blejkvilyam  İngilis şairi, yazıçısı və rəssam 


1757-ci ilin 28 noyabrında Londonda anadan olub. 1827-ci ilin avqustunda dünyasını dəyişib. Romantizmin parlaq nümayəndələrindən biridir. Bleyk dünyanın əksər dillərinə tərcümə olunmuş «Cənnətlə Cəhənnəmin evliliyi», «Günahsızlıq və Təcrübə» kitablarıyla daha məşhurdur.

Qara oğlan

Anam məni
ağ səhrada qara doğdu
Məsum gözlərinə
yara doğdu…
Qapqarayam,
bənzərəm tünd buludlara,
tək bircə qəlbim ağdır.
Gün tək sarışındır ingilis oğlan,
Mənsə zülmət gecənin 16 Ноябрь 2011 Портал Христиане.info Page 11
kölgəsindən də qara.
Ağac altında 
dərs keçərdi anam mənə.
Yuva qurardı qəm 
ovqatında…
Dərsə ara verib 
oxşayardı hərdən məni
Qızmar günəşin 
erkən şəfəqində…
Baxardı üzü Şərqə
və deyərdi: 
…Günəşə bir bax, oğlum, 
Orda Tanrı yaşayır
Yeri, göyü oxşayır 
öz işığıyla 
dünyanı nurlandırır O.
Heyvanlara, otlara, insanlara 
səhərlər O, 
səadət 
gündüzlərsə sevinc bəxş eləyir
Sabaha nurlandırırWilliam Blake Background
Nəqş edir öz adını hər yana… 
Bura göndərilmişik, 
qısılaraq sevgi dualarına 
göz 
sevgi şüasına
Səma
parıltısına alışsın:
Bu gözəl bir nəşədi
və bu bədən, 
bu qara üz
Axı yalnız
Balaca bir bulud, 
ya da bir kölgəli meşədi…
O gün ki, günəş
gözlər üçün qorxulu olmayacaq
buludlar əriyəcək.
O söyləyəcək: Vaxtdı!
Yarpaqların kölgəsini
tərk edin, uşaqlar.
Burada, çadrımın yanında
gülüb oynayın
mənə ərk edin, uşaqlar.

***Художник Уильям Блейк (1757 - 1827) " Фэнтези, фантастика, игры.

Tez-tez belə söyləyirdi anam,
içində bir umud, gözlərində 
inam.
İngilis oğlan, dinlə:
…əgər sən
ağ buluddan
qanad açıb uçsan,
Mənsə azad olsam
bu qaranlıqdan
Hər işinə yarıyaram. 
Səni günün
bürküsündən qoruyaram.
Və çadırın kölgəsində
sarışın başını əyib
dincəldiyin zaman
qızılı tellərini
sığallayacam,
Əlimi
əlinin üstünə 
qoyacam.
O qara günləri,
O qara üzü
Şirin nağıl sayacam.


Müqəddəs Cümə axşamı

Çox qəmgin hava var tutqun səhərdə
Qüssə dəryasında batıb gəmilər…
İki cərgə uşaq keçir şəhərdə
Libasları yaşıl, qırmızı, mavi
– öndə ağbaş əmilər
Hamı adi, sıravi.Мой Мир@Mail.Ru
Şəhəri başına alıb
Dalğa-dalğa izdiham
Hər gözdə bir qığılcım,
hər ürəkdə yanar şam…
Müqəddəs Pavelin
qübbəsi altında
Temza suları kimi
səs-küy salıb
Səsləri əks etdirən
kilsəyə doğru axır
nə varsa – göylər də, yerlər də
Heyrətlə, maraqla
bu tamaşaya baxır.
Bir bax,
üzünə gülümsəyir baxt!
…Nə çox uşaq var,
– onlar sənin güllərindi,
qoca paytaxt!
Cərgə-cərgə oturublar
Ulduzlartək
par-par yanır gözləri,
işıq saçır üzləri.
Məbəddə anlaşılmaz səs-küy
divarları yırtır
quzuların
günahsız uğultusu artır.
Hamısının ovucları yığılıb
səsləri cingildəyir…
Dünya aləm bir-birinə dəyir…
Tufan kimi
onların nəğməsi
dar çərçivələrdən
ucalıqlara uçur
göyləri qucur…
Həmahəng ildırım çaxır
rəngbərəng parlayır
Səmanın yüksəklikləri altında
gurlayır.
Aşağıda
onların keşişləri əyləşibБЛЕЙК. Обсуждение на LiveInternet - Российский Сервис Онлайн-Дневников
– yetim havadarları
Mərhəməti əzizləyin
Sizin mələk
sizləri tərk etməsin-…
Oxuduğunuz dualar
sahibinə yetsin, hədər getməsin!

Nəğmə

Qanad açır tarlada, pərvazlanır,
Gör gün işığında necə nazlanır
Mən nə qədər xoşbəxt idim, ilahi,
Düşünürdüm bu xoşbəxtlik yetər ki,
Bütün ömrü bircə anda yaşayım
Əzizləyim, şahzadəmi oxşayım
Xoşbəxt idim ta o vaxta qədər ki,
Bir yol çönüb mənə tərəf baxmadı,
O kirpiklər sinəmə ox atmadı…

Lalə hördü o mənim tellərimə
Ayağımı yerdən üzüb qopardı…
Bəzədi alnımı qızıl güllərlə
Məni sirli bağçasına apardı.
Çıraq tutdu qaranlıq illərimə

Feb məni heyrətə saldı
Odlanıb mən
Heyran-heyran oxumağa başladım
Bu arada atıb ipək torunu
Çəkib məni özünə ram edirdi,
Göstərirdi öz gücünü, zorunu
Qanım içib, zalım təam edirdi…

Məni şərə çəkir mənim şahzadəm
Oynayıram qarşısında onun mən
Bu insafsız gör necə də gözəldir,
Əl uzadır qanadımı düzəldir
Oynayıram, osa mənə əl çalır
Ax, bu zalım mənim qul olmağımdan
Demə ləzzət çəkir,
demə həzz alır…

Quzu

Tanışmıdı bu dağ, quzu?
Boğazına köklənən
İti qara bıçaq, quzu,The Ancient of Days by William Blake - ArtinthePicture.com
Körpə quzu, ay ağ quzu.
Söylə necə yaranmısan?
Daraq-daraq daranmısan
Əməl edib vədəsinə
Kim gətirib səni bizim
Bu yaşıl yaz vadisinə?
De hansı kəs bəxş eləyib
Dalğaya bənzər yununu.
Qulaqları oxşayan
İncə səs bəxş eləyib.

O kimdi, mehriban quzu?
Qurbanımsan, qurban, quzu?

Dinlə, mülayim, ağ quzu,
Dilsiz mələyim, ağ quzu,
Hekayətim çox qısadı
Balaca idi şoqərib
O da sənin kimi zərif,
Sən quzudan da balaca
Məsum gözləri alaca
Yeyib çəməndə göy otu
Özünü dadlandırırdı…
Sevdiyi yer yaşıl tala…
Çöldə, çəməndə özünü
Quzu adlandırırdı.
Sən – quzusan, mən – bala
O mənim, sənin kimidir
İstəməz ki, kimsə sənin
Bostanını xışlasın
Quzu, mehriban quzu,
Səni Allah bağışlasın.

Gülən nəğmə

Yarpaqları da 
gülərək xışıldayır.
Daşların arasından 
ilan kimi qıvrılan 
bulaq da gülür 
almaz tək
Suyu par-par işıldayır…
Gülürük biz…
Təpələr də gülüşlə
cavab yollayır bizə.
Uzaqlarsa qıcıqlanıb
burun sallayır bizə.
Çovdar gülür,
gülür kefli arpa da…
pişikmi var torbada?
Dəmirçi də bütün günü
qəhqəhəylə gülür, gülür…
Gülməyinə o da şaddı
Özgə hər şey ona yaddı.
Hamı, hamı
bu gülüşü bölüşür.
Quşların səs-küyütək
uzaqlarda cingildəyir
qızların gur gülüşü:
– «Ha-ha-ha! Ha-ha!»
Yerində dingildəyir…
Adam düşür tamaha…

Dünyanın qəmdən uzaq
bu azad bölgəsində
Süfrə açılıb hamıya
budaqların kölgəsində.
Sədəf-sədəf dişlərin arasında
gülə-gülə
fındıq da çırtıldayır…
De, hardasan, dünyanın harasında?
Günahlardan qorxma,
çəkinmə daha.
Ləzzətlə gülməyə gəl
bu saat da
Gəl gülək ləzzətlə:
– «Ha-ha-ha! Ha-ha!»



Rus dilindən çevirəni Zakir Fəxri
 

Yazıya 729 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.