Gül Məlikzadə – Sevgi istədim səndən

gul - копияSən indi nə desən haqlısan,
Yerdən göyə qədər.
Günahlar hamsı mənimdir
Səni sevdim, qısqandım
Ancaq sənə bağlandım.
Səndən çox şey də ummadım
Sadəcə sevgi istədim.
Çoxmu gəldi bu sənə
Çətinmi məni sevmək?!
İçindəki soyuğluğa min don geyindirdin.

Gah bu mənim xasiyətimdir,
Gah da “sevgimi” dilə gətirməyi sevmirəm dedin…
Sevgi yoxdur dedilər
Mənsə var, var dedim.
İllərdi ki, sevirəm,
Təkcə səni sevirəm.

Bu sevgi heç bitmədi,
Ürəyimdə saxladım bu sevgini hər zaman.
Sən də məni sevirsən.
Amma nədənsə sevgin
Məni qane eləmir.
Sevgi istədim səndən
Çox şey istədim…

 

Yazıya 726 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.