Namazəli Mustafayev–Bütün zəmanələrin yazıçısı- Çarlz Dikkens

Azərbaycanda dünyanın zəka sahiblərinin, incəsənətxadimlərinin, alimlərin və ədiblərin fəaliyyəti hər zaman dəyərləndirilib. Onlar xalqımızın qəlbində və qan yaddaşındaəbədilik qazanıblar. Belə simalardan biri də XIX əsr ingilisədəbiyyatının dünya şöhrətli yazıçısı Çarlz Dikkensdir.Britaniya Şurası (British Counsil təşkilatı) dahi ingilis yazıçısıÇarlz Dikkensin anadan olmasının 200 illik yubileyimünasibətilə 2012-ci ili Azərbaycan Respublikasında“Dikkens ili” elan edib.

Azərbaycan Respublikasında “Dikkens ili” çərçivəsində artıqbir sıra tədbirlər və layihələr gerçəkləşdirilib.

Qeyd etmək lazımdır ki, Çarlz Dikkensin anadan olmasının200 illik yubileyinin ölkəmizdə keçirilməsinin əsas məqsədiədibin yaradıcılıq irsi ilə həmvətənlərimizi daha yaxındantanış etmək, yeni nəsli ingilis dilinin öyrənilməsinə dahadərindən yönəltmək, keçirilən tədbirlərə geniş auditoriyanıcəlb etmək və məlumatlandırmaqdır.

Böyük iftixarla qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Dünya ədəbiyyatınınəsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 30 dekabr 2007-ci il tarixli sərəncamına müvafiq olaraq dünyaədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”na bütün zamanələrinklassiki Çarlz Dikkensin adı da daxil edilib.

Ç.Dikkens ingilis milli mədəniyyətinin iftixar etdiyi yazıçılar nəslinə mənsubdur. O, XIX əsrin otuzuncu illərində ingilisədəbiyyatına daxil olmuş və 35 il ərzində ədəbiyyatın önündə getmişdir.

O, 15 romanın, bir neçə hekayənin və oçerklərin müəllifidir. Ç.Dikkens 1812-ci ilin fevral ayının 7-də Portsmut yaxınlığında,Ləndport şəhərciyində, dənizçilik idarəsində xidmət edən məmur ailəsində anadan olub. Dikkenslər ailəsi həmişə maddiçətinliklər və məhrumiyyətlər içərisində yaşayıb. Bəlkə buna görədir ki, uşaqlıq illəri Ç.Dikkensin yaddaşında əbədi həkkolunub. 1823-cü ildə Dikkenslər ailəsi Londona köçdü. Paytaxt həyatı vilayət həyatına nisbətən ağır idi…

Çarlz Dikkensin bədii yaradıcılığını dörd əsas mərhələyə bölmək olar.

Birinci mərhələ 1833-1841-ci illəri əhatə edir. Bu dövrdə yazıçı “Bozun oçerkləri”, “Pikvik klubunun qeydləri”, “Oliver Tvistinmacəraları”, “Nikolas Niklbinin həyatı və macəraları” romanlarını və s. əsərlərini qələmə alıb.

Ç.Dikkensin ilk oçerklər və hekayələr məcmuəsi ayrıca kitab şəklində 1836-cı ilin fevral ayında nəşr edilib. O, bu əsərini “Boz”təxəllüsü ilə dərc etdirib. Artıq bu ilk kitabçada yazıçı yumoristik qabiliyyətini göstərib və siyasi mahiyyətli problemlərləmaraqlandığını bəyan edib.

Yazıçı özünün oçerklərində London və onun sakinlərinin həyat tərzini təsvir edib. O, böyük şəhərin yoxsul məhəllələrindəyaşayan kasıbların həyat tərzindən, sadə insanların dərdindən yazıb.

Ç.Dikkens hələ ilk əsərində özünəməxsus yazı üslubu ilə fərqlənirdi ki, bu da onu öz sələfləri və müasirləri olan görkəmli oçerkustaları (Çarlz Zemadan, La Qentadan və Pirs Eqindan) arasında sayılıb-secilən müəllif kimi tanıtmışdı.

Onun yaradıcılığında nəzəri cəlb edən irihəcmli əsərlərdən biri də “Oliver Tvistin macəraları” romanıdır (1837-1839). Yaşadığıcəmiyyətə qarşı etiraz, məzlum və yoxsul kütlələrə rəğbət hissi bu əsərin əsas ideyasıni təşkil edir. Bu əsərdə yazıcı ingilisburjuaziyasının “zəhmət evlərini” “yetim uşaqların rahat yaşaya biləcəyi xeyirxah bir müəssisə kimi” qələmə verməyə çalışmasıəfsanənəsini böyük cəsarətlə ifşa edir. Balaca Oliveri “zəhmət evində” təhqir edir, alçaldır, günahsız olduğu halda incidirlər.V.Belinski bu roman haqqında yazmışdı: “Çarlz Dikkens həqiqi bir sənətkar kimi ictimai eybəcərliklərin qurbanı olmuş canilərivə qəddarları çox düzgün təsvir edir”. “Oliver Tvistin macəraları” romanı XIX əsr ingilis tənqidi realizminin ən gözəlnümunələrindəndir.

Ç.Dikkens yaradıcılığının ikinci dövrü XIX əsrin qırxıncı illərinə təsadüf edir. O, bu dövrdə yazdığı əsərlərində – “Qədim əşyalardükanı” (1841), “Amerika qeydləri” (1842), “Martin Çezlvit” (1843), “Dombi və oğlu” (1846-1848) əsərlərində özünü kamil biryazıçı kimi təqdim edir.

Həmin illərdə Ç.Dikkens həm də publisist kimi tanınır.

1842-ci ildə yazıçını ABŞ-a dəvət etdilər. Ç.Dikkens ABŞ-ı demokratiyanın, azadlığın vətəni hesab edirdi. Lakin bu səfərnəticəsində yazılmış “Amerika qeydləri” Ç.Dikkensin təsəvvürlərində yanıldığını göstərir.

O, “Amerika qeydləri”ndə ABŞ-da olan saxta demokratiyanı, Amerika həyat tərzinin bir sıra qüsurlu cəhətlərini göstərib.Zəncilərin məhkum vəziyyəti Ç.Dikkensi xüsusilə qəzəbləndirmişdi.

Nyu-York kimi bir şəhərin ziddiyyətləri yazıçının nəzərindən yayınmamışdı. Ç.Dikkens şəfəqlərə qərq olmuş Brodveylə yanaşıhamının “qəbir” adlandırdığı həbsxananın qəmli görünüşünü, izdihamlı küçələri, şəhərin mərkəzi hissəsindən kəskin surətdəfərqlənən zənci məhəllərini, yetimxanaları məharətlə təsvir etmişdi.

“Amerika qeydləri”ndəki “Köləlik” adlı fəsil dövrün mətbuat səhifələrində əks olunmuş faktlara əsaslanır. Yazıçının istinad etdiyiqəzet elanları bunu sübut edir: “Zənci qızı Karolina qaçmışdır. Boynunda xalta var”. “Cek adlı zənci oğlan qaçmışdır. Solqulağının ucu kəsilmişdir”. “On iki yaşında zənci uşağı qaçmışdır. Boynunda it zənciri var. Xaltanın üstünə “de Zampet” sözüyazılmışdır”. “Amerika qeydləri” öz əhəmiyyətini bu gün də itirməmiş dəyərli əsərdir.

Çarlz Dikkensin yaradıcılığında tənqidi realizmin dərinləşməsinə yalnız Amerika təəssüratı səbəb olmayıb. Müəllifin 1844-cüildə yazdığı “Martin Cezlvit” romanı onun yaradıcılığında irəli mühüm bir addım idi. Bu əsərdə cəmiyyətdə pulun oynadığıhəlledici rol məsələsi əvvəlki romanların hamısından daha qabarıq şəkildə qoyulub.

Yazıçının hər əsərində onun satira və yumor gücünə malik olan istedadına heyran qalırıq. Ç.Dikkensin tənqid hədəfi, satirikboyaları əsərdən əsərə güclənir.

Yazıçının jurnalistika sahəsindəki fəaliyyəti də diqqəti cəlb edir. Yazıçı 1850-ci ildə “Ev oxusu” və 1859-cu ildə “Bütün il boyu”adlı iki ədəbi-bədii jurnal nəşr edirdi.

Ç.Dikkens yaradıcılığının üçüncü dövrü 1848-1859-cu illəri əhatə edir. Bu illərdə Ç.Dikkens siyasi məzmun etibarı ilə ən güclü“Soyuq ev”, “Ağır zamanlar”, “Balaca Dorrit” romanlarını yazmışdır.

O, XIX əsrin 50-ci illərindəki altı bədii əsərində və külli miqdarda publisist məqalələrində sinfi mübarizə kimi mövzulara toxunur.Yazıçı öz romanlarında İngiltərənin bütün ictimai quruluşunu, siyasi sistemini, parlamentini, məhkəmələrini kəskin tənqidatəşinə tutur. Xalqa inam, xalqla təmasda olmaq, Ç.Dikkensin bu dövrdə yazdığı romanların ana xəttini təşkil edir.

Böyük rus maarifçisi N.Çernışevski buna görə Ç.Dikkensi belə səciyyələndirmişdi: “Yoxsulların müdafiəçisi, varlıların düşməni… yalan və riyakarlığın qənimi”.

“Ağır zamanlar” (1854) romanında yazıçı cəmiyyətdəki ziddiyyətlərin mahiyyətini göstərməyə çalışıb. Ç.Dikkens böyük kömürsənaye şəhəri Koktaunun timsalında rəmzi şəkildə cəmiyyəti təsvir edir.

Yazıçı göstərir ki, ictimai quruluş insanların taleyinə, xasiyyətinə və dünyagörüşünə təsir edir.

Ç.Dikkens yaradıcılığının son dövrünü 1859-1870-ci illərdə yazılmış əsərlər təşkil edir. “İki şəhər haqqında povest” (1859), “Böyük ümidlər” (1861), “Bizim ümumi dostumuz” (1864), “Edvin Drudun sirri” (1870- bitməmişdir) romanları bu dövrləri əhatəedir.

Bu əsərlərdə detektiv və kriminal janrlara üstünlük verilir. Yazıçının yaradıcılığında realizm istiqamətinin zəifləməsi XIX əsrinyetmişinci illərində ingilis mədəniyyətinin mənəvi böhranı ilə izah edilməlidir.

Müəllifin əsərlərində bəzən bədbinlik duyulur, lakin bu əsərlər insana inam hissi aşılayır.

Çarlz Dikkens 1870-ci ilin iyunun 9-da, əlli səkkiz yaşında, beyin qansızmasından Qeydxildə vəfat edib. Onun adı vəfatındansonra daha böyük şöhrət qazanıb. Ədəbiyyatşünaslar silsilə romanlar müəllifi Çarlz Dikkensi “ağır artilleriya ustası”adlandırırlar. Onun şöhrəti İngiltərədə XIX əsrin 80-90-cı illərində C.Bayronun populyarlığını üstələmişdi.

Böyük rus yazıçısı M.Qorki qeyd etmişdir ki, Dikkens “… ən çətin bir sənətə – insanlara məhəbbət sənətinə son dərəcədə sadiqolmuşdur”.

Bu məqamda Azərbaycanda ingilis dilinin və ədəbiyyatının əsaslı şəkildə tədrisi və təbliği ilə məşğul olmuş, bizə bu xəzinənisevdirmiş müəllimimiz, M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun (hal-hazırda Azərbaycan Dillər Universiteti)ingilis-azərbaycan fakültəsinin dekanı, vətəncanlı, böyük alim, görkəmli pedaqoq, mərhum İsmixan Rəhimovu xatırladım. Bunagörə də vaxtilə – XX əsrin 60-cı illərində onun məktəbini görmüş ingilis dili mütəxəssisləri və onların davamçıları, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev cənablarının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsihaqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamının uğurla yerinə yetirilməsində fəal iştirak etmiş və 2007-ci ildə “İngilisədəbiyyatı antologiyası”nı filologiya elmləri doktoru, professor Z.Ağayevin rəhbərliyi ilə (iki cilddə) nəşr etdirmişlər.

Bu antologiyanın ikinci cildində Çarlz Dikkensin “Böyük ümidlər” romanının bir qismi ana dilimizə tərcümə edilib.

“British Counsil” təşkilatının dünya şöhrətli ingilis yazıçısının 200 illik yubileyi münasibətilə Azərbaycanda “Dikkens ili” elanetmək təşəbbüsü təqdirəlayiqdir.

Təqribən iki əsr bundan öncə yazıb-yaratmış Çarlz Dikkensin əsərlərindəki aktual problemlərin təsviri, müasir qloballaşmadövründə də öz əhəmiyyətini itirməyib və buna görə də onun əsərləri Dumanlı Albionun və dünya ədəbiyyatı xəzinəsinin qızılfonduna daxildir.

çarlz_Dikkens_3

Yazıya 859 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.