Elvin Rafaeloğlu– Yarpaqdan işıqlı xanım

lale   Güllü-çiçəkli , şəkərburalı-paxlavalı mart ayının 5-i Tanrının verdiyinə sevinib, aldığına ağlamayan , dünya malını toz, torpağı sərvət bilən, gözü-könlü tox, növrağı dağılmış “Azərneftyağ” neft emalı zavodu kimi böyük bir kollektivdə bütün varlığı ,həyat tərzi , iş üslubu iləyaxşı mənada hər kəsdən seçilən Laləzar xanım Hacıyevanın 50 yaşı tamam olur. Mübarək olsun deyirik! Dönə-dönə deyirik! Bir də deyirik!
“Azərbaycan qadını” və ”ana” sözlərinin ehtiva elədiyi mənanı və məzmunu ömürlüyündən yüzə-yüz əks etdirən bir xanımdır Laləzar xanım, cənnəti ayaqları altında qazanan anadır Laləzar xanım.
Müqəddəs yolların yolçusudur Laləzar xanım. Sadələr sadəsidir, saflar safıdır Lalə xanım. Təpədən dırnağa səmimiyyət mücəssiməsidir Laləzar xanım. Ariflər yanında məqamı ucadan-uca tutulanlardandı Laləzar xanım. Ən gözəli odur ki,bütün bunlar onda məqsədli deyil. Laləzar xanımın anadan gəlmə yapısı, kimyası budur. Nə heç kimə bənzəmir, nə də heç kimin ona bənzəməyə qüdrəti çatmaz. Hər hərəkətində,  hətta sükutunda da ANA ürəyi var, nəzakət var, ismət var, abır-həya var Laləzar xanımın. Göyərən hər yarpaqdan sərxoş olduğu üçün yarpaqdan işıqlıdır Laləzar xanım. Bəzən xanımlardan yaş soruşmazlar, xanımların yaşı deyilməz deyirlər. Ancaq mən bu məntiqi Laləzar xanımın ümrülüyünə heç cür şamil edəmmirəm.  Çünkü onun yaşadığı əlli yaş gizlədilsə, danılsa əlli yaş deyil. Hər cür ehtirama layiq əlli yaşdır. Hər yerdə fəxrlə hallandırılmağa layiq əlli yaşdır. Halallıqla yaşanan əlli yaşdır.
Vətənə , Millətə layiq 3 övlad böyüdən ananın əlli yaşıdır bu əlli yaş. Belə əlli yaşın 100 olmaq haqqı var . Elə bu diləklə Laləzar xanımın iş kollektivi adından

Yazıya 583 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.