Əziz Əlibəyli – Taleyi göydə adamlar

eeeeeeeeeeeeeeeBir su damlası düşər,
Dolub ağlayan buluddan.
Qızmar günəşdən od tutub yanar torpağın bağrı.
Yarpaqları bircə bircə qırılıb düşər dalından.

 

Bir su damlası düşər
Üzü qəhərə doğru…

 

Yorğun–yorğun dünyanın üzündən pərdə çəkilir,
Bir cüt göz parıldayır,qara çarşabın altından
Səhranın ruhu yaşar, qaranlıq səud çölündə
Bir su dalması düşər üzü səhərə doğru.

 

Dəniz aramaz bu körpə
Amma dərya dolu qan var.
Havadan sallanıb uçur,
Taleyi göydə adamlar.

 

Bir su damlası düşər çarəsiz baxışlardan
Bir az tərəddüdən başlar fırtına…

Yazıya 723 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.