Həsrətindəyik.
Mən burada sizsizəm,siz orada mənsiz
Biz hamımız vətən həsrətindəyik.
Şad olmuruq,qəmlənirik vətənsiz
Gülməyirik güləın həsrətindəyik.
Baş tutmadı ,arzu nə diləyimiz,
Əlimizdən çıxdı,vardı hər nəyimiz.
Qürbətdə ağlarıq ,yoz köməyimiz.
Yaşımızı silən həsrətindəyik.
Kənd də tüstülənmir yurd ocağımız,
Qız gəlinsiz qalıb buz bulağımız.
Baxımsızdır bostanımız bağımız
Güllər solub,gülşən həsrətindəyik.
Qaçqın təxəllüsü aldı Xanzadə
Qocalmazdı.tez qocaldl Xanzadə.
Ustadlıqdan kənar qaldı Xanzadə.
Qədir qiymət bilən həsrətindəyik.
Müharibə
Lənətə gələsən səni müharibə
Amansız cani tək cana susadın
İstərdim lüğətdən silinsin adın.
Sağalmaz müharibə vurduğun yara
Ötüb keçsə beləneçə yüz illər də
Vətən uğrunda vuruşanlara
Bu gün minnətdarıq biz nəsillərdə.
Varsa.
Gəl öz qismətini bəxtindən istə,
Heç kəsdən istəmə qeyrətin varsa.
Taleyin payıdır yaxşıda pis də
Qürrələnmə şanın şöhrətin varsa.
Yaxşısansa adın yaxşı çəkilər
Böyük də kiçik də qədrini bilər.
Sağına hər məclisdə içilər
Millət arasında hörmətin varsa.
Bir birini əvəz etsə də illər
Təbiəti tənzimləyər fəsillər.
Səni unutmazlar gələn nəsillər.
İndiki nəsilə xidmətin varsa.
Xanzadə fikir ver həqqin işinə
Əldəki düyünü salma dişinə
Həmişə nəzər sal öz keçmişinə
Xalqa töhmət etmə, töhmətin varsa
Yazıya 861 dəfə baxılıb